Millətlər Liqası: Niderland Almaniyaya qarşı - YENİLƏNİR

Millətlər Liqası: Niderland Almaniyaya qarşı  - YENİLƏNİR

UEFA Millətlər Liqasında VI turun matçları davam edir.

QELEBE.AZ xəbər verir ki, ikinci oyun günündə 10 qarşılaşma baş tutacaq.

Günün mərkəzi görüşündə Almaniya və Niderland yığmaları üz-üzə gələcəklər. A Liqasının digər matçında Yunanıstan Serbiyanı qəbul edəcək.

B Liqasında Şimali Makedoniya Sloveniya, İsveçrə isə Şotlandiya ilə qarşılaşacaq. C Liqasında Farer adaları Moldova, Qazaxıstan Slovakiya, Estoniya Bolqarıstan, İslandiya isə Lüksemburqla münasibətlərinə aydınlıq gətirəcək.

D Liqasında isə Litva – Lixtenşteyn və Cəbəllütariq – Malta görüşləri keçiriləcək.

UEFA Millətlər Liqası. A Liqası

23:45. Almaniya - Niderland

23:45. Yunanıstan - Serbiya

B Liqası

23:45. Şimali Makedoniya - Sloveniya

23:45. İsveçrə - Şotlandiya

C Liqası

19:00. Farer adaları - Moldova

19:00. Qazaxıstan - Slovakiya

21:00. Estoniya - Bolqarıstan

21:00. İslandiya - Lüksemburq

D Liqası

21:00. Litva - Lixtenşteyn

23:45. Cəbəllütariq - Malta