Ayxan Abbasov: "Artıq ikinci oyundur rəqibə penalti "hədiyyə edirik"
"Cərimə meydançasında yıxılanda da əlini qorumalısan. Artıq ikinci matçdır ki, rəqibə belə penalti "hədiyyə edirik".
"Report"un məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis sıx qrafiklə oynadıqlarını bildirib: "İtkilərimiz və cəzalı oyunçularımız var. Buna baxmayaraq, digər görüşlərə hazır olmağa çalışacağıq".
O, "Neftçi"nin təcrübəli komanda olduğunu söyləyib: "Rəqibin müdafiəsini yarmağa çalışdıq. Qələbə qazanmaq istəyirsənsə, şansları dəyərləndirməlisən. Bu gün son nöqtəni qoya bilmədik. Futbolda belə hallar olur. Daha diqqətli oynamalıyıq".

https://qelebe.az//uploads/photo/ayxan-abbasov-artiq-ikinci-oyundur-reqibe-penalti-hediyye-edirik.webp











