Fərid Abbasov: Kişilərdən ibarət millimiz olimpiadada medalçılar sırasına düşmək üçün qəhrəmanlıq göstərməlidir

Fərid Abbasov: Kişilərdən ibarət millimiz olimpiadada medalçılar sırasına düşmək üçün qəhrəmanlıq göstərməlidir

Hər iki komandamıza uğurlar arzulayıram. Kişilərdən ibarət yığma olimpiadada medalçılar sırasına düşmək üçün çox böyük qəhrəmanlıq göstərməlidir.

Bunu "Report"a açıqlamasında şahmat üzrə gənclər və yeniyetmələrdən ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Abbasov Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadası ilə bağlı danışarkən deyib.

Azərbaycan Şahmat Federasiyasının Uşaq və Gənclər Komissiyasının sədri olan mütəxəssis olimpiadanın komandalar arasında keçirilən ən mötəbər turnirlərdən biri olduğunu söyləyib:

"İştirakçı ölkələrin sayı çoxdur. Rəqiblər çox güclüdür. ABŞ, Çin, Hindistan favoritlər sırasındır. Bunlar dünyanın ən güclü şahmat məktəbləri hesab edilirlər. Amma digər ölkələr də "yatmırlar", "mürgüləmirlər". Özbəkistan yığmasını xüsusi vurğulamaq istərdim. Çox gənc və istedadlı şahmatçıları var. Ötən olimpiadanın qalibi olmuşdular. O vaxtdan sonra da qrossmeysterləri reytinqlərini artırıblar. Amma nədənsə, bu yarışda işləri istədikləri kimi getmir".

F.Abbasov Azərbaycan yığmalarının da tərkibində kifayət qədər güclü şahmatçıların olduğunu vurğulayıb:

"Kişilərdə yeni simaları görürük. Bunlar Aydın Süleymanlı və Məhəmməd Muradlıdır. Hər ikisi ölkə tarixində ilk dəfə U-16 yaş qrupunda Ümumdünya Şahmat Olimpiadasının qalibi olmuşdular. Ümid edirik ki, belə qaliblərimizin sayı artacaq. Bu turnir onlar üçün böyük təcrübədir. Aydın yarışa çox gözəl başlamışdı. Daha sonra çox güclü şahmatçı Dommaracu Qukeşə (Hindistan) məğlub oldu. Son görüşündə isə heç-heçə etmişdi. Demək olar ki, turnir hələ qabaqdadır. Yarışın ikinci yarısı daha önəmlidir. Kişilərdən ibarət yığmaya uğurlar arzulayıram. Onlar medalçılar sırasına düşmək üçün çox böyük qəhrəmanlıq göstərməlidirlər. Qadınlardan ibarət milli daha səlis oynayır. Medala namizəddilər. Ülviyyə Fətəliyevanın yaxşı çıxışı göz önündədir. Ağır vəziyyətlərdə qalib gələ bilirlər. Kişilərdən ibarət komandamız Avropa çempionu olanda I turda İspaniya yığmasına gözlənilmədən uduzmuşdu. İsveçrə sistemi ilə keçirilən yarışlarda son üç tur çox önəmlidir. Bəzən liderlər də "10-luğ"a düşə bilmir. Bu gündən nəticələr çox önəmli olacaq. Əvvəlcədən proqnoz vermək çox çətindir".

Qeyd edək ki, Azərbaycan komandaları bu gün Qazaxıstan seçmələri ilə üz-üzə gələcəklər. Kişilərdən ibarət kollektiv hazırda 8 xalla 22-ci, qadınlar isə 10 xalla 10-cu pillədə qərarlaşıb.

Fərdi
İrina Zaretskaya Premyer Liqanın qalibi olub

İrina Zaretskaya Premyer Liqanın qalibi olub

Fərdi
MOK-da Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib

MOK-da Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib

Fərdi
Eldəniz Əzizli: "Təcrübə hesabına qalib gəldim"

Eldəniz Əzizli: "Təcrübə hesabına qalib gəldim"

Fərdi
Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Fərdi
Britaniyalı bir ildə 365 marafonda iştirak edib

Britaniyalı bir ildə 365 marafonda iştirak edib

Fərdi
Fərid Qayıbov: “İslahatlar düşünülmüş şəkildə olmalı, işlər pillə-pillə qurulmalıdır” – MÜSAHİBƏ

Fərid Qayıbov: “İslahatlar düşünülmüş şəkildə olmalı, işlər pillə-pillə qurulmalıdır” – MÜSAHİBƏ

Fərdi
Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb

Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb

Fərdi
Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı baş tutmaya bilər

Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı baş tutmaya bilər

Fərdi
Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Fərdi
"İlin idman yekunları": Bütün nominasiyalar üzrə qaliblər açıqlanıb

"İlin idman yekunları": Bütün nominasiyalar üzrə qaliblər açıqlanıb

Fərdi
Dünya çempionatı: Bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayır

Fərdi
Fərid Qayıbov Bakı Şəhər Halqasının çağırışına qoşulub, işə piyada gedib

Fərid Qayıbov Bakı Şəhər Halqasının çağırışına qoşulub, işə piyada gedib