Parisdə mərasimdə Azərbaycan idmançılarının olimpiya oyunlarındakı uğurlarından danışılıb

Parisdə mərasimdə Azərbaycan idmançılarının olimpiya oyunlarındakı uğurlarından danışılıb

Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan Olimpiya Evi”ndə tədbir keçirilib.

"QELEBE.AZ"un Fransaya ezam olunan əməkdaşı xəbər verir ki, mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva, gənclər və idman nazirinin müavini Mariana Vasileva, MOK-un baş katibi Azər Əliyev, Avropa Olimpiya Komitələrinin (AOK) baş katibi Rafael Paqnozzi, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç, bir çox ölkələrin milli olimpiya komitələrinin nümayəndələri, idmançılar və başqa qonaqlar iştirak ediblər.

A.Əliyev, Nenad Laloviç, Rafael Paqnozzi çıxış edərək Azərbaycanda idmanın inkişafını vurğulayıblar. Çıxışçılar idmançılarımızın Olimpiya Oyunlarında əldə etdiyi uğurlardan danışıblar.

Çıxışlardan sonra Rafael Paqnozzi Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə, Gənclər və İdman naziri Fərid Qayıbova və Azərbaycan MOK-un baş katibi Azər Əliyevə xatirə hədiyyələri təqdim edib.

Tədbirdə olimpiya oyunlarının çempionu Hidayət Heydərov sürəkli alqışlarla qarşılanıb və xatirə şəkilləri çəkilib.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Fərdi
Gənc boksçular arasında ölkə birinciliyində 1/4 final mərhələsi başa çatıb

Gənc boksçular arasında ölkə birinciliyində 1/4 final mərhələsi başa çatıb

Fərdi
Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə qatılacaq

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə qatılacaq

Fərdi
Elcan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Elcan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Fərdi
Taleh Məmmədov: "Erməni güləşçiyə məğlubiyyəti həzm edə bilmərəm"

Taleh Məmmədov: "Erməni güləşçiyə məğlubiyyəti həzm edə bilmərəm"

Fərdi
Azərbaycan şahmatçısı texniki qələbə ilə vahid lider olub

Azərbaycan şahmatçısı texniki qələbə ilə vahid lider olub

Fərdi
Azərbaycan avarçəkəni dünya ikincisi olub

Azərbaycan avarçəkəni dünya ikincisi olub

Fərdi
Böyük Britaniyanın tarixinə düşmüş azərbaycanlı gimnast ilk dəfə ölkəmizə gələcək

Böyük Britaniyanın tarixinə düşmüş azərbaycanlı gimnast ilk dəfə ölkəmizə gələcək

Fərdi
Avropa Cüdo Birliyi Rusiya və Belarus idmançılarına qadağa qoymayıb

Avropa Cüdo Birliyi Rusiya və Belarus idmançılarına qadağa qoymayıb

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

Fərdi
Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır

Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb

Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb