Azərbaycanın cüdo yığması dünya çempionatında ilk medalını qazanıb

Azərbaycanın cüdo yığması dünya çempionatında ilk medalını qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, 73 kq-da çəki dərəcəsində rəqib israilli Tohar Butbul olub. Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb.

Qızıl xal bölümündə ipponla qalib gələn Heydərov Azərbaycana mundialda ilk medalı qazandırıb.

14:35

Azərbaycan cüdoçusu Hidayət Heydərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında təsəlliverici görüşə çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, 73 kq-da mübarizə aparan idmançı kanadalı Artur Margelidonla qarşılaşıb. Rəqibinə vazari ilə qalib gələn Heydərov bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.

Onun rəqibi israilli Tohar Butbul olacaq.

14:09

Azərbaycanın daha 2 cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, 73 kq-da yer alan Rüstəm Orucov və Hidayət Heydərov tatami üzərinə çıxıb.

Orucov ilk görüşündə braziliyalı Daniel Karqninə uduzaraq, mundialla vidalaşıb.

Mübarizəyə 1/16 finaldan qoşulan Heydərov isə ardıcıl olaraq belçikalı Abdul Malik Umayev və özbəkistanlı Şaxram Axadova qalib gələrək, 1/4 finala adlayıb. O, bu mərhələdə italiyalı Manuel Lombardo ilə qarşılaşıb. Rəqibinə məğlub olan Heydərov yarımfinala vəsiqə şansını itirib.

Cüdoçu bürünc medal uğrunda təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq. Onun rəqibi kanadalı Artur Margelidon olacaq.

Qeyd edək ki, Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. İlk iki yarış günündə Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazana bilməyib. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.

Fərdi
Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Fərdi
Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərdi
Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını 5 medalla başa vurub

Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını 5 medalla başa vurub

Fərdi
Türkiyəli tanınmış güləşçi 5-ci dəfə dünya çempionu olub

Türkiyəli tanınmış güləşçi 5-ci dəfə dünya çempionu olub

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Fərdi
Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Fərdi
Paracüdo üzrə Azərbaycan milli komandası dünya çempionu olub

Paracüdo üzrə Azərbaycan milli komandası dünya çempionu olub

Fərdi
Ronaldu Almaniyanın “Bavariya” klubuna keçə bilər

Ronaldu Almaniyanın “Bavariya” klubuna keçə bilər

Fərdi
Elçin Əliyev: "Olimpiadaya lisenziya Pevtsov üçün real məqsəddir"

Elçin Əliyev: "Olimpiadaya lisenziya Pevtsov üçün real məqsəddir"

Fərdi
Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi olub

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi olub

Fərdi
Azərbaycan gimnastı Almaniyada qızıl medal qazanıb

Azərbaycan gimnastı Almaniyada qızıl medal qazanıb

Fərdi
Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Bakıda qapalı buz meydançası istifadəyə veriləcək