Azərbaycan millisinin sabiq məşqçisi: İngiltərənin finala qədər gələcəyini gözləmirdim

Azərbaycan millisinin sabiq məşqçisi: İngiltərənin finala qədər gələcəyini gözləmirdim

İngiltərə millisinin finala qədər irəliləyəcəyini gözləmirdim.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan yığmasının sabiq məşqçisi Mahmud Qurbanov Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə arasında baş tutan final matçı ilə bağlı deyib.

Mütəxəssis İspaniyanın AVRO-2024-də əsas favoritlərdən biri olduğunu bildirib:

“Çempionat başlayandan İspaniya, Türkiyə və Portuqliya yığmasına azarkeşlik edirdim. İspaniya elə qrup mərhələsinin ilk turunda, Xorvatiyaya qarşı oyunda Avropa çempionatının əsas favoritlərindən olduğunu göstərdi. Futbolçuların fərdi keyfiyyətləri, komanda ruhu var idi. Xüsusən də ən böyük gücləri yarımmüdafiə xətti, həmçinin hücumun cinahlarındakı Lamin Yamal, Dani Olmo və Niko Uilyams idi. Titul qazanmaq istəyi komandanı finala qədər gətirdi. Çox maraqlı qarşılaşmanın şahidi olduq. İspaniya layiqli qələbə qazandı. Çünki çempionat boyu özlərini yaxşı tərəfdən göstərdilər".

M.Qurbanov İngiltərə millisinin finala qədər gələcəyini gözləmədiyini vurğulayıb:

“İngiltərə çempionat ərzində cəmi iki dəfə - yarımfinalda Niderlanda, finalda isə İspaniyaya qarşı yaxşı oyun nümayiş etdirdi. Digər mərhələlərdə isə baxımlı, nəzərəçarpan oyunları olmadı. Baxmayaraq ki, heyət üzvlərinin əksəriyyəti Avropanın top-klublarında oynayır və aparıcı futbolçular hesab olunur”.

Qeyd edək ki, AVRO-2024-ün final matçında İngiltərə millisini 2:1 hesabı ilə məğlub edən İspaniya yığması tarixində 4-cü dəfə Avropa çempionu olub.

Futbol
Slovakiyalı futbolçu: "Azərbaycan millisi xoşagəlməz rəqibdir"

Slovakiyalı futbolçu: "Azərbaycan millisi xoşagəlməz rəqibdir"

Futbol
Messi Ronaldoya çatıb

Messi Ronaldoya çatıb

Futbol
DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

Futbol
Braziliyalı sabiq futbolçu: “Qurban Qurbanov nə edirsə, “Qarabağ” zəifləmək əvəzinə güclənir”

Braziliyalı sabiq futbolçu: “Qurban Qurbanov nə edirsə, “Qarabağ” zəifləmək əvəzinə güclənir”

Futbol
Moldova və Azərbaycan yığmalarının start heyətləri bəlli olub

Moldova və Azərbaycan yığmalarının start heyətləri bəlli olub

Futbol
Ezcan Alioski: "Azərbaycan millisi ilə oyunda qələbə qazanmaq istəyirik"

Ezcan Alioski: "Azərbaycan millisi ilə oyunda qələbə qazanmaq istəyirik"

Futbol
Əliyar Ağayev: "Bu matçı həddindən artıq şişirtmək idarəçiliyimizi dəyişə bilərdi"

Əliyar Ağayev: "Bu matçı həddindən artıq şişirtmək idarəçiliyimizi dəyişə bilərdi"

Futbol
İsko karyerasını İngiltərə və ya ABŞ-da davam etdirə bilər

İsko karyerasını İngiltərə və ya ABŞ-da davam etdirə bilər

Futbol
Taleyi öz əlində olan “Qarabağ”: Uğursuz seriyaya son qoyulacaqmı? – ŞƏRH

Taleyi öz əlində olan “Qarabağ”: Uğursuz seriyaya son qoyulacaqmı? – ŞƏRH

Futbol
Mahmud Qurbanov: "Sonuncu yerdəyiksə, çox danışmağa dəyməz"

Mahmud Qurbanov: "Sonuncu yerdəyiksə, çox danışmağa dəyməz"

Futbol
DÇ-2022: Açılış oyununda hesab açılıb

DÇ-2022: Açılış oyununda hesab açılıb

Futbol
"Everton" 38 yaşlı qapıçı ilə müqavilə imzalayıb

"Everton" 38 yaşlı qapıçı ilə müqavilə imzalayıb