Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar başlayıb

Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar başlayıb

Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar start götürüb.

"QELEBE.AZ" Azərbaycan Voleybol Federasiyasının(AVF) mətbuat xidmətinə istinadən xəbər verir ki, sayca dördüncü olan FIVB Level-1 seminarı Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi və AVF-nin təşkilatçılığı ilə GİN-in Voleybol Mərkəzində keçirilir.

Bu gün AVF-nin baş katibi Faiq Orucov iştirakçılarla görüşüb. AVF rəsmisi bildirib ki, federasiya məşqçi-müəllimlərin hazırlanması, onların yeni bilik və bacarıqlara yiyələnməsi üçün bir sıra layihələr həyata keçirir. Məhz bu məqsədlə federasiyada Təhsil şurası da yaradılıb. F.Orucov bu işlər sayəsində qısa zamanda daha güclü məşqçilər korpusunun formalaşacağına inamını ifadə edib.

Görüşdə iştirak edən AVF-nin İdman şöbəsinin rəhbəri Vüqar Hüseynzadə və seminara rəhbərlik edən FIVB-nin məşqçi-instruktoru türkiyəli Cengiz Akarçeşme də hər bir iştirakçıya uğurlar arzulayıb.

Qeyd edək ki, dünən start götürən seminar mayın 25-dək davam edəcək. Tədbirə ümumilikdə 40 nəfər qatılıb. İştirakçılar arasında Azərbaycanla yanaşı, Türkiyə, Avstraliya, İran, Hindistan və Belarusdan olan mütəxəssislər də var. Seminara türkiyəli Cengiz Akarçeşmə və yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların rəhbəri Cahangir Seyed Abbasi rəhbərlik edirlər.

Komanda
Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Komanda
Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Komanda
Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Komanda
Biləsuvarda "Vətənin müdafiəsinə hazıram" adlı rayon birinciliyi keçirilib

Biləsuvarda "Vətənin müdafiəsinə hazıram" adlı rayon birinciliyi keçirilib

Komanda
Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Komanda
Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Komanda
Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Komanda
Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib

Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib

Komanda
Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Komanda
Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Komanda
AVRO-2023: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb

AVRO-2023: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb