Bakıdakı Dünya Kubokunda 25 metr məsafəyə tapançadan atəş açma üzrə qaliblər müəyyənləşib

Bakıdakı Dünya Kubokunda 25 metr məsafəyə tapançadan atəş açma üzrə qaliblər müəyyənləşib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda 25 metr məsafəyə tapançadan atəş açma növündə qaliblər müəyyənləşib.

"Report" Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qızıl və gümüş medallar Koreyanı təmsil edən atletlərin hesabına yazılıb.

Yeji Kim qalib olub, Jiin Yanq ikinci yeri tutub. Almaniyanı təmsil edən Jozefin Eder bu Dünya Kubokunda ardıcıl ikinci dəfə bürünc medalın sevincini yaşayıb. Kim 42 dəfə dəqiq atəşlə həm də bu növdə yeni dünya rekorduna imza atıb.

Finalın ən sürpriz məqamı Almaniyanı təmsil edən Doren Vennekampın yarışı növbəti dəfə medalsız başa vurması olub.

Dünya Kubokunda 3, Avropa çempionatında 3, dünya çempionatında 2 dəfə qızıl medal qazanan almaniyalı Bakıda üzləşdiyi uğursuzluqla bağlı danışıb: “Bakı Atıcılıq Mərkəzində atəş açmaq mənə həmişə zövq verib. Burada yarışmaq mənim üçün xoş olduğuna görə, həmişə xoşbəxt görünmüşəm. Bakıda gözəl xatırələrim var, medallar qazanmışam, dünya çempionu olmuşam. Son vaxtlar çox yarışlarda iştirak etmişik. Buna görə də bir az yorğunluq ola bilər. İşlər gözlədiyim kimi getmədi. Final mərhələsində daha diqqətli olmaq lazımdır. Texnikada müəyyən dəyişikliklər etmişdik. Amma əvvəlki kimi çox effektli olmadı. Ona görə də nəticəyə təsir etdi. Finalda həmyerlim Jozefin Ederi görmək məni sevindirir. Biz ikimiz də həmişə finallar üçün hazırlaşan idmançılarıq. Çox sevinirəm ki, onda bu gün yaxşı alındı. Əsas mərhələdə qətiyyət nümayiş etdirdi. Özüm dördüncü olsam da, ümumilikdə Almaniya komandası üçün gözəl mənzərədir”.

Fərdi
Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb

Fərdi
Göygöldə region cüdoçuları üçün təlim-məşq toplanışı təşkil edilib

Göygöldə region cüdoçuları üçün təlim-məşq toplanışı təşkil edilib

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

Fərdi
Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır

Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır

Fərdi
Xizək alpinizmi üzrə Azərbaycan millisinə seçim prosesi keçirilib

Xizək alpinizmi üzrə Azərbaycan millisinə seçim prosesi keçirilib

Fərdi
Şəhriyar Məmmədyarov beynəlxalq turnirin ilk gününü 2 qələbə, 1 məğlubiyyət və 1 bərabərliklə başa vurub

Şəhriyar Məmmədyarov beynəlxalq turnirin ilk gününü 2 qələbə, 1 məğlubiyyət və 1 bərabərliklə başa vurub

Fərdi
Avropa çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün uğursuz olub

Avropa çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün uğursuz olub

Fərdi
Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın proqramı açıqlanıb

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın proqramı açıqlanıb

Fərdi
Elnur Məmmədli: "Dünya çempionatında yaxşı nəticəyə inanırıq"

Elnur Məmmədli: "Dünya çempionatında yaxşı nəticəyə inanırıq"

Fərdi
Lukaş Krpalek: "Elmar Qasımov məni ilk dəfə İrəvanda məğlub edib"

Lukaş Krpalek: "Elmar Qasımov məni ilk dəfə İrəvanda məğlub edib"

Fərdi
Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Fərdi
Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Hazırda havada qalmışıq"

Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Hazırda havada qalmışıq"