IBA Rusiya və Belarusu təmsil edən boksçuların beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı ləğv edib

IBA Rusiya və Belarusu təmsil edən boksçuların beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı ləğv edib

Beynəlxalq Boks Assosiasiyası (IBA) Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı qərarı ləğv edib.

“QELEBE.AZ”un təşkilatın rəsmi saytına istinadən məlumatına görə, IBA-nın Direktorlar Şurası əvvəlki qərarın ləğvi, həmçinin Rusiya və Belarusdan olan boksçuların dərhal yarışlarda iştirak etməsinə icazə verilməsi üçün səs verib.

“IBA qəti şəkildə hesab edir ki, siyasət idmana heç bir təsir göstərməməlidir. Ona görə də bütün idmançılara bərabər şərait yaradılmalıdır. Qurum beynəlxalq idman federasiyası kimi öz muxtariyyətinə hörmət etməklə yanaşı, siyasi cəhətdən neytral və müstəqil qalmalıdır”, - deyə qurumdan verilən açıqlamada qeyd olunub.

Həmçinin vurğulanıb ki, IBA bütün ölkələri sülhə çağırır və istənilən münaqişədə sülhməramlı olaraq qalır: “Bundan əlavə, IBA-dan milli mənsubiyyətindən və yaşayış yerindən asılı olmayaraq, idmançılara və yarış rəsmilərinə bərabər münasibətin olmasını təmin etmək tələb olunur. Qərara əsasən, Rusiya və Belarusdan olan hakimlər və texniki rəsmilər də yarışlara qayıdacaqlar”.

Xatırladaq ki, fevralın 24-də başlayan Rusiya – Ukrayna münaqişəsi ilə əlaqədar olaraq Rusiya Federasiyası və Belarus boksçularının IBA-nın himayəsi altında keçirilən turnirlərdə iştirakına qadağa qoyulmuşdu.

Fərdi
Çingiz Hüseynzadə: "İslamiadadakı medal sayımız 99 deyil, daha çoxdur"

Çingiz Hüseynzadə: "İslamiadadakı medal sayımız 99 deyil, daha çoxdur"

Fərdi
Azərbaycanın iki qadın şahmatçısı Avropa çempionatında medal qazanıb

Azərbaycanın iki qadın şahmatçısı Avropa çempionatında medal qazanıb

Fərdi
Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Fərdi
Azərbaycan taekvondoçusu ilin son yarışında çıxış edəcək

Azərbaycan taekvondoçusu ilin son yarışında çıxış edəcək

Fərdi
Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları tikiləcək

Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları tikiləcək

Fərdi
"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq

Fərdi
FIDE reytinqi: Azərbaycanın dünya çempionu 36 pillə irəliləyib

FIDE reytinqi: Azərbaycanın dünya çempionu 36 pillə irəliləyib

Fərdi
Avropa çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib

Avropa çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib

Fərdi
İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"

İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"

Fərdi
İkiqat olimpiya çempionu: "Azərbaycanda kifayət qədər yaxşı cüdoçular var"

İkiqat olimpiya çempionu: "Azərbaycanda kifayət qədər yaxşı cüdoçular var"

Fərdi
Rüstəm Orucov: “Bu, indiyə qədər öyrəndiyim ən yaxşı dərsdir”

Rüstəm Orucov: “Bu, indiyə qədər öyrəndiyim ən yaxşı dərsdir”