Azərbaycan Minifutbol Federasiyasının baş katibi: Avropa çempionatındakı rəqiblər "dişimizə görə"dir

Azərbaycan Minifutbol Federasiyasının baş katibi: Avropa çempionatındakı rəqiblər "dişimizə görə"dir

Rəqiblər "dişimizə görə"dir.

Bunu "Report"a açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov yığmanın Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatındakı rəqibləri barədə danışarkən deyib.

Federasiya rəsmisi püşkü qənaətbəxş hesab edib: "Daha çətin qrupa düşə bilərdik. İkinci səbətdə Serbiya, Çexiya və Macarıstan kimi daha güclü yığmalar var idi. Amma bizə Fransa düşdü. Bu kollektivlə ötən ilin mayında Bakıda təşkil etdiyimiz turnirdə qarşılaşmışdıq. Pley-offda 3:2 hesabı ilə qalib gəlmişdik. Yaxşı və texnikalı komandadır. Ölkəmizdəki yarışa 1-2 əsas oyunçuları gələ bilməmişdi. Son dünya çempionatında da yaxşı mübarizə aparmışdılar. 1/8 finala vəsiqə qazana bilməsələr də, mübariz komanda olduqlarını gördük. Fərdi oyuna daha çox üstünlük verirlər. İtaliya ilə də ölkəmizdəki turnirdə oynamışdıq. Eyni qrupda idik və 2:0 hesabı ilə qalib gəlmişdik. Onların oyunçularının əksəriyyətinin futzal karyerası var. Avstriya millisi barədə isə geniş məlumatım yoxdur".

O.Hüseynov Serbiya, Bolqarıstan və Gürcüstanın yer aldığı E qrupunu "ölüm qrupu" adlandırıb: "Onlar öz səbətlərində ən güclü yığmalardan biridir. Bizim qrupdan növbəti mərhələyə vəsiqə qazananlar oradakı 1-2-ci yerin sahibləri ilə üz-üzə gələcəklər".

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevo şəhərində baş tutacaq. Yarışın mükafatları uğrunda 24 komanda mübarizə aparacaq.

Futbol
Çempionlar Liqasının finalının topu bəlli olub

Çempionlar Liqasının finalının topu bəlli olub

Futbol
AFFA rəsmisi: “Özüm də adımı siyahıda bir qədər əvvəl gördüm”

AFFA rəsmisi: “Özüm də adımı siyahıda bir qədər əvvəl gördüm”

Futbol
Mirbağır İsayev futboldan kənarlaşdırılıb

Mirbağır İsayev futboldan kənarlaşdırılıb

Futbol
Blaqoya Milevski: "Azərbaycan millisi ilə matçda qələbəyə ümid edirəm"

Blaqoya Milevski: "Azərbaycan millisi ilə matçda qələbəyə ümid edirəm"

Futbol
DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

Futbol
Nunu Qomeş: "Qarabağ"ın  prezidenti kluba çox sərmayə qoyur"

Nunu Qomeş: "Qarabağ"ın prezidenti kluba çox sərmayə qoyur"

Futbol
“Səbail” Türkiyə toplanışını məğlubiyyətlə başa vurub

“Səbail” Türkiyə toplanışını məğlubiyyətlə başa vurub

Futbol
Yusuf Lavalın Portuqaliya klubu ilə imzalayacağı müqavilənin müddəti bəlli olub

Yusuf Lavalın Portuqaliya klubu ilə imzalayacağı müqavilənin müddəti bəlli olub

Futbol
Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Futbol
Azərbaycan kubokunda I divizion klubları darmadağın olub

Azərbaycan kubokunda I divizion klubları darmadağın olub

Futbol
“Qarabağ”ın sabiq futbolçusu Fransa klubundan ayrıla bilər

“Qarabağ”ın sabiq futbolçusu Fransa klubundan ayrıla bilər

Futbol
Rusiya Futbol İttifaqı UEFA-ya illik üzvlük haqqını ödəyib

Rusiya Futbol İttifaqı UEFA-ya illik üzvlük haqqını ödəyib