Azərbaycan millisinin baş məşqçisi: "Əsas məqsəd voleybolçuların təcrübə toplamaları idi"

Azərbaycan millisinin baş məşqçisi: "Əsas məqsəd voleybolçuların təcrübə toplamaları idi"

"Bu turnirə qatılmaqda əsas məqsəd voleybolçularımızın təcrübə toplaması idi".

Bunu "Report"a açıqlamasında 18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Cəlil Baxtiozin Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatı ilə bağlı danışarkən deyib.

Mütəxəssis yarışa qatıldıqları üçün Azərbaycan Voleybol Federasiyasına təşəkkür edib: "Polşa, Estoniya və Ukrayna millilərində ucaboy idmançıların yer aldığını bilirdik. Onların ən bəstəboy oyunçuları 1,9 metr idi. Bizim uşaqlar oyundan-oyuna təcrübə yığırdılar. Onlar artıq son görüşlərdə bir-birilərini başa düşürdülər. Bir daha bizi yarışa göndərdikləri üçün federasiyaya minnətdaram. Məqsədimiz ölkədə uşaq voleybolunu inkişaf etdirməkdir. Bu turnirdə nəticə qazana bilməsək də, müəyyənləşdirilən strategiya düzgündür. Komandamız gələcəkdə daha yaxşı oyun göstərə bilər. Belə turnirlərdə iştirak isə lazımdır".

Cəlil Baxtiozin pandemiyadan sonra böyük fasilə olduğunu, idmançıların məşq etmədiyini və yarışlara qatılmadıqlarını xatırladıb: "Turnirlərdə yüksək nəticə göstərmək üçün Azərbaycanda uşaq liqasının yaranmasını arzulayırıq. Bu olsaydı, uşaqlar öz həmyaşıdları ilə oynasaydılar, perspektivli voleybolçular da tapmaq mümkündür. Çox matçın olması uşaqlara xeyirdir. Beynəlxalq turnirlərə də qatılmaq lazımdır. Biz də nəticə qazanmaq istəyirik, amma komandamız hələlik o qədər də təcrübəli deyil".

Baş məşqçi Gürcüstanla sonuncu görüşdə qalib gəlmək ehtimallarının olduğunu da diqqətə çatdırıb: "Bu komandanı məğlub edə bilərdik. Çempionata psixoloji cəhətdən də hazırlaşmaq lazımdır. Voleybolçularımız son anda bir-birini başa düşmədilər və oyunları alınmadı. Onlar ən azı bir il birlikdə məşq etməli və beynəlxaq turnirlərə qatılmalıdırlar. Bəzi uşaqlar klublarda məşq edirlər. Çox vaxt isə qarşılaşmalar zamanı ehtiyatda qalırlar. Bu səbəbdən oyun təcrübələri azdır. Voleybol kollektiv idman növü olduğu üçün bir-birinə kömək, dəstək göstərməlisən. Uşaqlar bunları ancaq yarışlarda görə bilərlər".

Qeyd edək ki, Azərbaycan yığması çempionatda Polşa, Ukrayna və Latviyaya 0:3, Estoniyaya 1:3, Gürcüstana isə 2:3 hesabı ilə uduzub.

Komanda
"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Komanda
Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Komanda
NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

Komanda
Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsüm noyabrda başlaya bilər

Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsüm noyabrda başlaya bilər

Komanda
Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Komanda
Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Komanda
CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

Komanda
Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər

Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər

Komanda
"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
Azərbaycan Basketbol Liqası: Turun açılış oyununda "Sərhədçi" qalib gəlib

Azərbaycan Basketbol Liqası: Turun açılış oyununda "Sərhədçi" qalib gəlib

Komanda
Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib