Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib

Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.

Qurumdan "Report"a verilən məlumatına görə, federasiya prezidenti Mahir Məmmədovun sədrliyi ilə keçirilən toplantıda İcraiyyə Komitəsinin üzvləri, I vitse-prezident Faiq Həsənov, vitse-prezident Seymur Talıbov, Sərxan Həşimov, Cahangir Ağarəhimov, Aynur Sofiyeva, Elnur Əliyev, o cümlədən baş katib İlahə Qədimova, müxtəlif komissiyaların, şöbələrin rəhbərləri və məşqçilər iştirak ediblər.

İclasda 2024-cü ilin təqvim planı müzakirə edilərək təsdiq olunub. Mahir Məmmədov klassik şahmatda təcrübə azlığının milli komandaya təsirindən danışıb. Yığmanın heyətini müəyyənləşdirərkən yeni qaydalar barədə fikir mübadiləsi aparılıb.

Yekunda 1 noyabr 2023-cü il – 1 iyul 2024-cü il tarixlərini əhatə edən müddət ərzində milli üzvləri üçün minimum 18 klassik şahmat partiyasında iştirakla bağlı şərt qəbul edilib.

Qadınlardan ibarət yığmanın məşqçisi Yevgeni Tomaşevski qarşıdan gələn Avropa çempionatına hazırlıq barədə hesabatla çıxış edib və İcraiyyə Komitəsinin üzvlərini maraqlandıran suallara cavab verib.

Ardınca Mahir Məmmədov milli komandalara lazımi şəraitin yaradıldığını bildirib. AŞF rəhbəri yığmalarla işləmək üçün bu sahədə təcrübəsi olan psixoloqlara ehtiyac olduğunu söyləyib.

İcraiyyə Komitəsinin üzvü Aynur Sofiyeva uşaq və qadın sığınacaqlarında şahmat dərslərinin keçilməsi və bölgələrdə istedadlı uşaqların seçilməsi üçün onlayn şahmat məktəbinin yaradılması ilə bağlı təklif irəli sürüb. Federasiyasının onlayn şahmat məktəbinin konsepsiyasının hazırlanması üçün müvafiq tapşırıqlar verilib.

Azərbaycan Şahmat Federasiyası İcraiyyə Komitəsinin növbəti iclasının dekabrda keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Fərdi
“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayır

Fərdi
Kolumbiyalı boksçu rinqdə aldığı xəsarətlərə görə dünyasını dəyişib

Kolumbiyalı boksçu rinqdə aldığı xəsarətlərə görə dünyasını dəyişib

Fərdi
Azərbaycanlı dünya çempionu: "Uşaqlıq arzum idi"

Azərbaycanlı dünya çempionu: "Uşaqlıq arzum idi"

Fərdi
Göygöldə ustad dərsləri təşkil olunub

Göygöldə ustad dərsləri təşkil olunub

Fərdi
IBA Rusiya və Belarus boksçularının beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı ləğv edib

IBA Rusiya və Belarus boksçularının beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı ləğv edib

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ikinci yeri tutub

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ikinci yeri tutub

Fərdi
Azərbaycan velosipedçisi haqqında film təqdim olunub

Azərbaycan velosipedçisi haqqında film təqdim olunub

Fərdi
Stolüstü tennisçilər arasında ölkə kubokuna start verilib

Stolüstü tennisçilər arasında ölkə kubokuna start verilib

Fərdi
Şəkidəki ilk idman festivalından - Reportaj

Şəkidəki ilk idman festivalından - Reportaj

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi medal görüşünə vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi medal görüşünə vəsiqə qazanıb

Fərdi
Azərbaycan idmançılarının dekabr ayı üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının dekabr ayı üçün reytinq cədvəli bəlli olub