Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

"Finala çıxmaq istəyirdim. Çox güclü rəqibləri keçdim. Açığı, buna özüm də inanmırdım. Amma işlədim, əziyyət çəkdim və yarımfinaladək gəldim".

"Report"un məlumatına görə, bunu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Arif Niftullayev deyib.

97 kq-da çıxış edən idmançı çox ağır görüşlər keçirdiyini bildirib: "İlk qarşılaşmada bu il Avropa üçüncüsü olmuş avstriyalı Daniel Qastlla üz-üzə gəldim. Sonrakı iki görüşdəki rəqiblərim də dünya və Avropa mükafatçıları idi. Yarımfinalda bolqarıstanlı Avropa çempionu Kiril Milenov Milovla qarşılaşdım. Ona qalib gələ bilərdim. Sadəcə, bir az özümə inanmadım. Üçüncü yer uğrunda mübarizədə məğlub etdiyim İtaliya təmsilçisi Nikolos Kakelaşvili Avropa çempionatının ikiqat bürünc medalçısı və dünya çempionatının mükafatçısıdır, çox güclü rəqiblərdən biridir. Sevindirici haldır ki, üçüncü yerə çıxdım. Bu, karyeramda ən böyük nəticəmdir".

Atası Arif Niftullayevin Azərbaycanın SSRİ dönəmində yunan-Roma güləşi üzrə ilk dünya çempionu olduğunu xatırladan idmançı onun nəticəsini təkrarlamaq istədiyini söyləyib: "Ən azı 97 kq-da ilk dünya çempionu olmaq istərdim. Gələn il həm Avropa və dünya çempionatında qızıl medal qazanmağa çalışacağam".

25 yaşlı güləşçi qələbəni emosional şəkildə qeyd etməsinin səbəbini də açıqlayıb: "Məni dəstəkləyən ailəm var. Qardaşım Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Bütün iş yoldaşları mənə azarkeşik edirdilər. Bütün yaxınlarım bu günü gözləyirdilər".

O, bütün görüşlərini daim hücumda keçirdiyini söyləyib: "Bürünc medal mənim üçün qızıla bərabərdir. Bu çəkidə Azərbaycanın medalı yox idi. İlkə imza atdığım üçün sevinirəm. Qarşıdakı dünya və Avropa çempionatlarında əyarı qızıla çevirmək niyyətindəyəm. Daha sonra isə Paris-2024 Yay Olimpiya Oyunları gəlir. Orada da medal qazanmaq istəyirəm".

Fərdi
Ukraynanı təmsil edən azərbaycanlı karateçi: "Bakıda xeyli dəstək gördüm"

Ukraynanı təmsil edən azərbaycanlı karateçi: "Bakıda xeyli dəstək gördüm"

Fərdi
Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Fərdi
Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin rəqibləri müəyyənləşib

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin rəqibləri müəyyənləşib

Fərdi
Azərbaycanlı dünya çempionu: "Uşaqlıq arzum idi"

Azərbaycanlı dünya çempionu: "Uşaqlıq arzum idi"

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

Fərdi
Bakıda güləşçilər arasında beynəlxalq turnir start götürüb

Bakıda güləşçilər arasında beynəlxalq turnir start götürüb

Fərdi
"Mingəçevir Reqatası": İkinci günün qalibləri müəyyənləşib

"Mingəçevir Reqatası": İkinci günün qalibləri müəyyənləşib

Fərdi
Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə ilk rəqibləri bəlli olub

Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə ilk rəqibləri bəlli olub

Fərdi
Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Fərdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular açıqlanıb

Fərdi
Rəşad Məcid: “Mətbuat Şurasının idman jurnalistləri ilə görüşü planlaşdırılır”

Rəşad Məcid: “Mətbuat Şurasının idman jurnalistləri ilə görüşü planlaşdırılır”

Fərdi
İrina Zaretskaya Premyer Liqanın qalibi olub

İrina Zaretskaya Premyer Liqanın qalibi olub