Kəmaləddin Heydərov Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyinin mükafatına layiq görülüb

Kəmaləddin Heydərov Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyinin mükafatına layiq görülüb

Azərbaycan Taekvondo Federasiyasının prezidenti (ATF) Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının (DTF) prezidenti Çunqvon Çu ilə videokonfrans formatında görüşüb.

ATF-dən apasport.az saytına verilən məlumata görə, görüşdə çıxış edən Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd edir.

Bütün digər sahələrdə olduğu kimi, ölkəmizdə idmanın da sürətli inkişafının möhkəm bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.

Bu mütərəqqi yanaşmanın davamı kimi dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən idmanın inkişafına göstərilən hərtərəfli və daimi dəstək sayəsində Azərbaycanda idmanın, o cümlədən taekvondonun kütləviliyi təmin edilib və ölkəmiz mütəmadi olaraq böyük idman tədbirlərinə ev sahibliyi edir.

Bunun ən bariz nümunəsi kimi cari ilin may-iyun aylarında Bakıda təşkil olunan taekvondo üzrə dünya çempionatını qeyd edən Kəmaləddin Heydərov belə bir mötəbər yarışın Bakıda keçirilməsinə göstərdiyi etimada görə doktor Çunqvon Çuya təşəkkür edib. O, həmçinin layiq görüldüyü mükafata görə Koreya Mədəniyyət, İdman və Turizm Nazirliyinə təşəkkürünü bildirib, bunun bütövlükdə Azərbaycan idmanına verilən yüksək qiymət olduğunu vurğulayıb.

Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu çıxışında Azərbaycanda idmanın müxtəlif növləri arasında taekvondonun özünəməxsus yeri olduğunu məmnunluqla bildirib, Azərbaycan Taekvondo Federasiyası ilə uzun illər uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib. Bu çərçivədə, cari ildə Bakıda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, təltif olunduğu mükafata görə Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovu təbrik edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, hər il 4 sentyabr “Taekvondo Günü”ndə Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyi taekvondo idman növünə töhfələr vermiş şəxsləri təltif edir. Bu il Dünya Taekvondo Federasiyasının prezidentinin tövsiyəsinə əsasən, ATF-nin prezidenti Kəmaləddin Heydərov və Dünya Taekvondo Böyük Şleminin təsisçisi Dacun San bu mükafata layiq görülüb.

Döyüş növləri
FHN idmançıları yüksək nəticələr qazanıb - FOTO

FHN idmançıları yüksək nəticələr qazanıb - FOTO

Döyüş növləri
Azərbaycanın 2 boksçusu ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycanın 2 boksçusu ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb

Döyüş növləri
Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Döyüş növləri
Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub

Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub

Döyüş növləri
Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 qızıl və 4 bürünc medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 qızıl və 4 bürünc medal qazanıb

Döyüş növləri
Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Döyüş növləri
Azərbaycan boksçularının Avropa birinciliyində ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının Avropa birinciliyində ilk rəqibləri bəlli olub

Döyüş növləri
Azərbaycan boksçuları ABŞ-da 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb

Azərbaycan boksçuları ABŞ-da 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb

Döyüş növləri
Azərbaycan boksçuları Millətlər kubokunda mübarizə aparacaq

Azərbaycan boksçuları Millətlər kubokunda mübarizə aparacaq

Döyüş növləri
Bakıda Dünya Kubokunda iştirak edəcək komandaların heyəti açıqlanıb

Bakıda Dünya Kubokunda iştirak edəcək komandaların heyəti açıqlanıb

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTOLENT

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTOLENT

Döyüş növləri
Azərbaycanlı taekvondoçular Avropa birinciliyində daha 2 medal qazanıb

Azərbaycanlı taekvondoçular Avropa birinciliyində daha 2 medal qazanıb