Vernidub: “Belə qollar buraxmamalıyıq”

Vernidub: “Belə qollar buraxmamalıyıq”

Misli Premyer Liqasının XII turunda "Neftçi" "Araz-Naxçıvan"ı məğlub edib - 3:1.

QELEBE.AZ xəbər verir ki, matçdan sonra "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı keçirilib.

"Qalib gəldiyimiz üçün sevinirəm. Futbolçulara dedim ki, “Araz-Naxçıvan” sonuncu pillədə olsa da, bu, onların öz yeri deyil. Nəzərə alaq ki, burada süni örtüklü meydançada oynayırdıq. Onlar burada daimi oynayırlar, biz isə yox. Bu mənada, bəzən topa nəzarətdə problem yaranırdı, futbolçular topu itirirdi. Məni məysu edən hal odur ki, sonda bir qol buraxdıq. Biz hazırda turnir cədvəlində elə yerdəyik ki, belə qollar buraxmamalıyıq. Bilirsiz, bu, mənim üçün sanki bal çəlləyinə acı bir şey qatmaq kimi oldu. Daha bir neçə qol vura bilərdik. Oyunu analiz edəcəyik. Nəticələr də çıxaracağıq. Azarkeşlərimizə təşəkkür edirəm. Hər zaman “Neftçi”nin yanındadılar, bu gün də bizə yüksək səviyyədə azarkeşlik etdilər".

- Klismanın vurduğu qollar haqda nə düşünürsüz?
- Bu cür oyunda belə möhtəşəm qollar haqda yaxşı fikirlər söyləmək olar. Məni sevindirən odur ki, bu, Klissmanın 6-cı qoludur. Ondan gözləntimiz yüksəkdir. 

- Növbəti "Zirə" ilə qarşılaşacaqsınız. Revanş hissi var?
- Bu oyun haqda revanş sözünü işlətməzdim. Biz maksimumuzu qoymalıyıq ki, qalib gələk. Əsas gözləntimiz budur. Eyni istək onlarda da olacaq. Səbirslizklə bu oyunu gözləyirəm. İndidən bir söz demək istəmirəm. Gözləntim budur ki, yaxşı oynayacağıq və qalib gəlmək istəyəcəyik.