PSJ-də ciddi itki - çarpaz bağları qopub

PSJ-də ciddi itki - çarpaz bağları qopub

PSJ ciddi itki ilə üzləşib.

QELEBE.AZ xəbər verir ki, komandanın futbolçusu Dezire Due zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Vingerin “Nitsa” ilə Liqa 1 matçında (3:1) çarpaz bağları qopub. O, uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.