İlham Zəkiyev Misirdə bürünc medal qazanıb

İlham Zəkiyev Misirdə bürünc medal qazanıb

İkiqat paralimpiya çempionu, Azərbaycan paracüdoçusu İlham Zəkiyev Misirin İsgəndəriyyə şəhərində təşkil olunan Qran-Pri turnirində mükafatçılar sırasına düşüb.

QELEBE.AZ xəbər verir ki, J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində tatamiyə çıxan təcrübəli idmançımız yarışı bürünc medalla başa vurub.

Üçüncü yer uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbekə qalib gələn İlham Zəkiyev fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.