Sərbəst güləş üzrə Azərbaycan millisinin DÇ üçün heyəti açıqlanıb

Sərbəst güləş üzrə Azərbaycan millisinin DÇ üçün heyəti açıqlanıb

Sentyabrın 10-dan 18-dək Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçiriləcək.

Apasport.az saytının məlumatına görə, mundialın son günlərində sərbəst güləş üzrə Azərbaycan millisi mübarizəyə qoşulacaq.

Bu gün Olimpiya Güləş Mərkəzində yığma komandanın üzvləriylə görüş keçirilib. Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü, millinin baş məşqçisi Namiq Abdullayev, baş katibin müavini Orxan Məmmədov, olimpiya çempionu Toğrul Əsgərov və Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov idmançılara məsul yarışda uğurlar arzulayıb və tövsiyələrini çatdırıb. Daha sonra heyət açıqlanıb.

Dünya çempionatında baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Coşqun Əzimov (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Aydın Əhmədov (125 kq) ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, sentyabrın 14-də sərbəst güləş üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün Coşqun, Əşrəf, Abubakr və Aydın yarışa start verəcək. Ayın 16-da Əliabbas, Turan və Osman, ayın 17-də isə İslam, Hacı və Maqomedxan xalça üzərinə çıxacaq.

Döyüş növləri
Azərbaycan boksçularının Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

Azərbaycan boksçularının Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

Döyüş növləri
Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib - FOTOLENT

Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib - FOTOLENT

Döyüş növləri
Azərbaycan boksçuları Avropa birinciliyində rekordlar vurub, 4 idmançı finala yüksəlib

Azərbaycan boksçuları Avropa birinciliyində rekordlar vurub, 4 idmançı finala yüksəlib

Döyüş növləri
Azərbaycanın ən güclü taekvondoçuları müəyyənləşib - FOTOLENT

Azərbaycanın ən güclü taekvondoçuları müəyyənləşib - FOTOLENT

Döyüş növləri
Azərbaycan boksçuları Millətlər kubokunda mübarizə aparacaq

Azərbaycan boksçuları Millətlər kubokunda mübarizə aparacaq

Döyüş növləri
Beynəlxalq Cüdo Federasiyası Rusiyanı yarışdan kənarlaşdırıb

Beynəlxalq Cüdo Federasiyası Rusiyanı yarışdan kənarlaşdırıb

Döyüş növləri
İBA Rusiya və Belarus boksçularını yarışlara qaytarıb

İBA Rusiya və Belarus boksçularını yarışlara qaytarıb

Döyüş növləri
Niyaməddin Paşayev: “Onlara lazımı şans veririk ki, özlərini doğrultsunlar”

Niyaməddin Paşayev: “Onlara lazımı şans veririk ki, özlərini doğrultsunlar”

Döyüş növləri
Taekvondo üzrə Azərbaycan çempionatının tarixi açıqlanıb

Taekvondo üzrə Azərbaycan çempionatının tarixi açıqlanıb

Döyüş növləri
Azərbaycan birinciliyində 66 komandadan 326 boksçu mübarizə aparacaq

Azərbaycan birinciliyində 66 komandadan 326 boksçu mübarizə aparacaq

Döyüş növləri
Azərbaycanın 2 boksçusu ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycanın 2 boksçusu ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb

Döyüş növləri
Azərbaycanın üç boksçusu Avropa birinciliyində medalı təmin edib

Azərbaycanın üç boksçusu Avropa birinciliyində medalı təmin edib