FHN-in əməkdaşları dünya çempionatında qızıl medal qazanıb

FHN-in əməkdaşları dünya çempionatında qızıl medal qazanıb

1-4 dekabr 2022-ci il tarixlərində Türkiyə Respublikasının Bursa şəhərində Alpaqut Turan Döyüş sənəti üzrə uşaq, yeniyetmə, gənclər, böyüklər və veteranlar arasında 3-cü dünya çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, 21 ölkədən 450-ə yaxın idmançının qatıldığı çempionatda Azərbaycan Alpaqut milli yığma komandası 31 idmançı ilə iştirak edərək Alpaqut Turan döyüş sənətinin 5 (ayça, batur, caymaz, qurşaq, kaçut) sistemi üzrə mübarizə aparıb. Azərbaycan Alpaqut milli yığma komandasının üzvləri, FHN-in əməkdaşları Xüsusi Riskli Xilasetmə Xidmətinin daxili xidmət çavuşu Nurlan Kərimov və Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin komendantı, daxili xidmət baş çavuşu Tural Useynov yarışda yüksək nəticələr əldə etməyi bacarıblar.

Belə ki, Nurlan Kərimov 85 kq çəki dərəcəsində qurşaq sistemi üzrə, Tural Useynov isə +85 kq çəki dərəcəsində batur sistemi üzrə 4 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib, fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalın sahibi olublar. Qaliblər çempionatın medal və diplomları ilə təltif ediliblər. Nurlan Kərimov Alpaqut Turan döyüş sənəti üzrə üçqat dünya, ikiqat Avrasiya, Tural Useynov isə ikiqat dünya və üçqat Avrasiya çempionlarıdır.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançılarla görüşərək əldə edilmiş nailiyyətlərə görə onları təbrik edib və gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, Dünya çempionatında ümumi komandaların nəticələrinə əsasən, Türkiyə millisi 1-ci, Azərbaycan millisi 2-ci, İraq millisi isə 3-cü yerə layiq görülüb.

Döyüş növləri
Cavad Ağayev: “Bakıda həmin “bürünc”ü “qızıl”a çevirəcəm”

Cavad Ağayev: “Bakıda həmin “bürünc”ü “qızıl”a çevirəcəm”

Döyüş növləri
Azərbaycanın üç boksçusu Avropa birinciliyində medalı təmin edib

Azərbaycanın üç boksçusu Avropa birinciliyində medalı təmin edib

Döyüş növləri
Beynəlxalq Cüdo Federasiyası Rusiyanı yarışdan kənarlaşdırıb

Beynəlxalq Cüdo Federasiyası Rusiyanı yarışdan kənarlaşdırıb

Döyüş növləri
Azərbaycan taekvondoçuları Eyndhovendə 7 medal qazanıb

Azərbaycan taekvondoçuları Eyndhovendə 7 medal qazanıb

Döyüş növləri
FHN idmançısı Avropa çempionatının qalibi olub

FHN idmançısı Avropa çempionatının qalibi olub

Döyüş növləri
Azərbaycan boksçuları Millətlər kubokunda mübarizə aparacaq

Azərbaycan boksçuları Millətlər kubokunda mübarizə aparacaq

Döyüş növləri
Azərbaycan boksçusu Avropa çempionu olub

Azərbaycan boksçusu Avropa çempionu olub

Döyüş növləri
Avropa birinciliyində son 15 ilin uğuruna imza atan taekvondoçularla görüş olub - FOTOLENT

Avropa birinciliyində son 15 ilin uğuruna imza atan taekvondoçularla görüş olub - FOTOLENT

Döyüş növləri
Azərbaycan boksçularının Avropa birinciliyində ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının Avropa birinciliyində ilk rəqibləri bəlli olub

Döyüş növləri
Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi yekunlaşıb - FOTOLENT

Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi yekunlaşıb - FOTOLENT

Döyüş növləri
Azərbaycan boksçusu dünya çempionatında ikinci qələbəsini qazanıb

Azərbaycan boksçusu dünya çempionatında ikinci qələbəsini qazanıb