Cavad Ağayev: “Bakıda həmin “bürünc”ü “qızıl”a çevirəcəm”

Cavad Ağayev: “Bakıda həmin “bürünc”ü “qızıl”a çevirəcəm”

“2022-ci il mənim üçün çox uğurlu keçdi. Düzdür, bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim. Amma zədə səbəbindən həmin turnirlərə tam hazırlaşa bilmədim”.

Apasport.az saytı xəbər verir ki, bunu Taekvondo Federasiyasının mətbuat xidmətinə Azərbaycan yığmasının üzvü Cavad Ağayev deyib.

Bir gün öncə 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin iştirak etdiyi tədbirdə idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. Onlar arasında Ağayev də yer alıb. Cavad bildirib ki, ona cənab Prezident tərəfindən hədiyyə olunan mənzilin orderi həyatında ən dəyərli hədiyyədir: “Cənab Prezident İlham Əliyev həmişə idmanı və idmançıları diqqətdə saxlayır. Bizim yarışlarda uğur qazanmağımız da məhz onun, dövlətin bizə qayğısının nəticəsidir. Buna görə Prezidentə dərin təşəkkürümü bildirirəm”.

Ötən il dünya çempionatında bürünc, U-21-in Avropa çempionatında və İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan 20 yaşlı taekvondoçu çıxış edəcəyi yarışlarda da öz sözünü deməyə çalışacağını vurğulayıb. 68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ağayevin sözlərinə görə, daha da yaxşı hazırlaşıb bu il paytaxtımızda keçiriləcək yarışlarda qızıl medal qazanmaq arzusundadır: “2023-cü ilin ötən ildən də uğurlu olacağına inanıram. Bizi qarşıda böyük yarışlar gözləyir. Əsas məqsəd Bakıda keçiriləcək dünya çempionatında inamlı çıxışdır. Mənə olan ümidləri doğrultmağa çalışacağam. Meksikadakı dünya çempionatına ayağımdakı zədə səbəbindən tam hazırlaşa bilmədim. Amma Vətənə əliboş qayıtmadım. Ümid edirəm ki, Bakıda həmin “bürünc”ü “qızıl”a çevirəcəm. Mundialın ardınca Polşada Avropa Oyunlarında iştirak edəcəyik. Həmin yarışda da üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırmaq üçün mübarizə aparacam”.

Döyüş növləri
Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb

Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında 56 komanda mübarizə aparacaq

Boks üzrə Azərbaycan çempionatında 56 komanda mübarizə aparacaq

Döyüş növləri
Azərbaycan boksçuları ABŞ-da 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb

Azərbaycan boksçuları ABŞ-da 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb

Döyüş növləri
FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb

FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb

Döyüş növləri
Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 15 ilin rekordunu vurub

Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 15 ilin rekordunu vurub

Döyüş növləri
Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Döyüş növləri
Azərbaycan birinciliyində Oğlan boksçular arasında 1/4, qızlar arasında finalçılar müəyyənləşib

Azərbaycan birinciliyində Oğlan boksçular arasında 1/4, qızlar arasında finalçılar müəyyənləşib

Döyüş növləri
Taekvondo Federasiyasında uğur qazanan klublarla görüş olub - FOTO

Taekvondo Federasiyasında uğur qazanan klublarla görüş olub - FOTO

Döyüş növləri
Azərbaycanın ən güclü taekvondoçuları müəyyənləşib - FOTOLENT

Azərbaycanın ən güclü taekvondoçuları müəyyənləşib - FOTOLENT

Döyüş növləri
Dünya çempionatında Azərbaycanın 5 qadın güləşçisi mübarizə aparacaq

Dünya çempionatında Azərbaycanın 5 qadın güləşçisi mübarizə aparacaq

Döyüş növləri
FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO

FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO

Döyüş növləri
Azərbaycan boksçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının dünya çempionatında ilk rəqibləri bəlli olub