Azərbaycanın iki boksçusu Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb

Azərbaycanın iki boksçusu Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Komandamızın heyətində Aynur Mikayılova 1/8 final mərhələsi çərçivəsində Byanka Balintlə (Almaniya) üz-üzə gəlib. 50 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, növbəti döyüşündə Lamprini Giannakopoulou (Yunanıstan) ilə gücünü yoxlayacaq. Görüş sentyabrın 30-da olacaq.

Faiq Mollayev (46 kq) də Avropa birinciliyində debütünü qələbə ilə başa vurub. İqor Uşinyakla (Polşa) qarşılaşan həmyerlimiz rəqibini məğlub etməyə cəmi 1 dəqiqə 50 saniyə vaxt sərf edib. İlk raundda tam üstünlüklə qalib gələn Mollayev 1/4 finala yüksəlib. O, növbəti döyüşünü oktyabrın 1-də ingiltərəli Tomas Vari Cona qarşı keçirəcək.

Qeyd edək ki, Avropa birinciliyində sabah daha 5 boksçumuz mübarizəyə qoşulacaq.

Döyüş növləri
Azərbaycan millisinin baş məşqçisi: “Beynəlxalq yarışların nəticəsini nəzərə alıb seçim edəcəyik”

Azərbaycan millisinin baş məşqçisi: “Beynəlxalq yarışların nəticəsini nəzərə alıb seçim edəcəyik”

Döyüş növləri
Azərbaycan yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Döyüş növləri
İBA Rusiya və Belarus boksçularını yarışlara qaytarıb

İBA Rusiya və Belarus boksçularını yarışlara qaytarıb

Döyüş növləri
Avropa çempionatının finalçısı mərhələ adlayıb

Avropa çempionatının finalçısı mərhələ adlayıb

Döyüş növləri
Azərbaycanlı taekvondoçular Avropa birinciliyində daha 2 medal qazanıb

Azərbaycanlı taekvondoçular Avropa birinciliyində daha 2 medal qazanıb

Döyüş növləri
Avropa birinciliyində son 15 ilin uğuruna imza atan taekvondoçularla görüş olub - FOTOLENT

Avropa birinciliyində son 15 ilin uğuruna imza atan taekvondoçularla görüş olub - FOTOLENT

Döyüş növləri
Nağı Səfərov: “Əsas hədəfimiz Bakıda keçiriləcək dünya çempionatıdır”

Nağı Səfərov: “Əsas hədəfimiz Bakıda keçiriləcək dünya çempionatıdır”

Döyüş növləri
FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO

FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO

Döyüş növləri
Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Döyüş növləri
Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib

Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib

Döyüş növləri
Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 15 ilin rekordunu vurub

Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 15 ilin rekordunu vurub

Döyüş növləri
Azərbaycanın 2 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Azərbaycanın 2 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib