Levandovski 600 qola çatan üçüncü futbolçu olub: “Siftə”ni Azərbaycan klubu ilə oyunda edib

Levandovski 600 qola çatan üçüncü futbolçu olub: “Siftə”ni Azərbaycan klubu ilə oyunda edib

Polşa millisinin futbolçusu Robert Levandovski peşəkar karyerasında vurduğu qol sayını 600-ə çatdırıb.

“Report”un Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən məlumatına görə, 35 yaşlı hücumçu XXI əsrdə bunu reallaşdıran üçüncü oyunçu kimi tarixə düşüb.

Daha əvvəl 2017-ci ildə Kriştianu Ronaldu, 2018-ci ildə isə Lionel Messi 600 qola çatıb.

Levandovskinin 600-cü qolu AVRO-2024-ün seçmə mərhələsində Moldova (2:3) ilə matça təsadüf edib. Onun “siftə”si isə Azərbaycan klubu ilə görüşdə baş tutub. Belə ki, Levandovski 2008-ci ildə ölkəsinin “Lex” komandasının heyətində UEFA Kubokunda (indiki Avropa Liqası) “Xəzər Lənkəran”la qarşılaşmada ilk peşəkar qoluna imza atıb.

Forvard 15 il ərzində orta hesabla hər il 40 dəfə rəqib qapılarına yol tapıb.

Qol

Tarix

Komandası

Rəqib

Turnir

Yaşı

1

17/07/2008

“Lex”

“Xəzər Lənkəran” – 1:0

UEFA Kuboku

19 yaş 331 gün

100

20/10/2012

“Borussiya” (D.)

“Şalke” – 1:2

Bundesliqa

24 yaş 60 gün

200

07/09/2015

Polşa

Cəbəllütariq – 8:1

AVRO-2016, seçmə

27 yaş 17 gün

300

10/06/2017

Polşa

Rumıniya – 3:1

DÇ-2018, seçmə

28 yaş 293 gün

400

14/09/2019

“Bavariya”

“Leyptsiq” – 1:1

Bundesliqa

31 yaş 24 gün

500

08/05/2021

“Bavariya”

“Borussiya” (M.) – 6:0

Bundesliqa

32 yaş 260 gün

600

20/06/2023

Polşa

Moldova – 2:3

AVRO-2024, seçmə

34 yaş 303 gün

Futbol
Tomas Tuxel "Çelsi"dən istefaya göndərilib

Tomas Tuxel "Çelsi"dən istefaya göndərilib

Futbol
Ronaldu Səudiyyə Ərəbistanı klubuna keçməyə yaxındır

Ronaldu Səudiyyə Ərəbistanı klubuna keçməyə yaxındır

Futbol
"Neftçi"nin legioneri: "Kuboku qazanmaq üçün əla şansımız var"

"Neftçi"nin legioneri: "Kuboku qazanmaq üçün əla şansımız var"

Futbol
“Qəbələ”nin prezidenti: “Oyunların süni meydançada keçirilməsi Premyer Liqanın imicinə mənfi təsir göstərir” - MÜSAHİBƏ

“Qəbələ”nin prezidenti: “Oyunların süni meydançada keçirilməsi Premyer Liqanın imicinə mənfi təsir göstərir” - MÜSAHİBƏ

Futbol
Erlinq Holann İngiltərə Premyer Liqasının tarixinə düşüb

Erlinq Holann İngiltərə Premyer Liqasının tarixinə düşüb

Futbol
Pelenin ölümü səbəbindən Braziliyada üç günlük matəm elan olunub

Pelenin ölümü səbəbindən Braziliyada üç günlük matəm elan olunub

Futbol
Mərakeş qrup lideri oldu, dünya üçüncüsü mundialla vidalaşdı

Mərakeş qrup lideri oldu, dünya üçüncüsü mundialla vidalaşdı

Futbol
Qətərdəki dünya çempionatından əldə olunacaq gəlir açıqlanıb

Qətərdəki dünya çempionatından əldə olunacaq gəlir açıqlanıb

Futbol
Avropa Liqası: "Fənərbağça" AEK-lə, "Trabzonspor" "Monako" ilə üz-üzə gələcək

Avropa Liqası: "Fənərbağça" AEK-lə, "Trabzonspor" "Monako" ilə üz-üzə gələcək

Futbol
Çempionlar Liqası: IV turun nəticələri

Çempionlar Liqası: IV turun nəticələri

Futbol
UEFA "Qarabağ"ın kapitanını təbrik edib

UEFA "Qarabağ"ın kapitanını təbrik edib

Futbol
"Rubin"in sabiq futbolçusu həbs olunub

"Rubin"in sabiq futbolçusu həbs olunub