“Qəbələ” tarixində 8-ci dəfə avrokuboklara vəsiqə qazanıb - YENİLƏNİB

“Qəbələ” tarixində 8-ci dəfə avrokuboklara vəsiqə qazanıb - YENİLƏNİB

“Qəbələ” tarixində 8-ci dəfə avrokuboklara vəsiqə qazanıb.

“QELEBE.AZ”un məlumatına görə, “qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının XXXVI - sonuncu turunda “Kəpəz”lə heç-heçə edərək (1:1) buna nail olub.

Mövsümü 50 xalla dördüncü pillədə başa vuran Elmar Baxşıyevin yetirmələri “Sabah” və “Neftçi”dən sonra 2023/2024 mövsümündə UEFA Konfrans Liqasında iştirak hüququna yiyələniblər. Çünki turun digər matçında “Sumqayıt”ı 3:0 hesabı ilə üstələyən “Zirə” xallarının sayını 50-yə yüksəltməsinə baxmayaraq, şəxsi görüşlərdəki üstünlük bölgə təmsilçisinin 4-cü yeri tutmasına səbəb olub.

“Qəbələ” digər komandalarla birlikdə Konfrans Liqasında II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

“Qırmızı-qaralar” buna qədər 6 dəfə Avropa Liqasında (2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020), 1 dəfə isə Konfrans Liqasında (2022/2023) yer alıb.

Qeyd edək ki, bu gün “Səbail”lə “Şamaxı” elitada qalmaq uğrunda matçda üz-üzə gələcəklər. Mayın 28-də keçiriləcək “Neftçi” – “Sabah” və “Qarabağ” – “Turan Tovuz” qarşılaşmaları ilə Premyer Liqada 2022/2023 mövsümünə yekun vurulacaq.

16:52

Azərbaycan Premyer Liqasında XXXVI turun ilk iki oyununun heyətləri müəyyənləşib.

“QELEBE.AZ”un məlumatına görə, saat 17:30-da start götürəcək “Qəbələ” – “Kəpəz” və “Sumqayıt” – “Zirə” matçları üçün komandalar “11-lik”lərini açıqlayıblar.

17:30. “Qəbələ” – “Kəpəz”
“Qəbələ”:
13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 12. Rüfət Əhmədov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Kəpəz”: 68. Orxan Sadıqlı, 80. Tural Rzayev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 20. Mahir Həsənov, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 70. Nicat Süleymanov, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 10. Salif Sisse, 40. Ahmed Ayzaya, 21. Martins Junior
Baş məşqçi: Tərlan Əhmədov

17:30. “Sumqayıt” – “Zirə”
“Sumqayıt”:
13. Aydın Bayramov, 14. Elvin Bədəlov (k), 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 5. Stiven Pereyra, 9. Karim Abubakar, 23. Kamran Aliev, 71. Masaki Murata
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 28. Nurlan Bayramov, 88. Həsrət Mürsəlov, 7. Terrens Tisdel
Baş məşqçi: Samir Abasov
“Zirə”: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın (k), 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 26. Nemanya Andelkoviç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 32. Qismət Alıyev, 66. Pərviz Azadov, 38. Ramiz Muradov, 96. Donald Gerye, 5. Moiz Adileu, 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov

Futbol
Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Futbol
Fransa millisinin futbolçuları tarixə düşüb

Fransa millisinin futbolçuları tarixə düşüb

Futbol
"Qarabağ"ın futbolçusu: "Bəzən oyun istədiyimiz kimi getmirdi"

"Qarabağ"ın futbolçusu: "Bəzən oyun istədiyimiz kimi getmirdi"

Futbol
İngiltərə Futbol Assosiasiyası Ronaldunu cəzalandırıb

İngiltərə Futbol Assosiasiyası Ronaldunu cəzalandırıb

Futbol
Azərbaycan Premyer Liqası: İlin son turuna 2 oyunla start verilir

Azərbaycan Premyer Liqası: İlin son turuna 2 oyunla start verilir

Futbol
Azərbaycanlı FİFA referilərinin sayı artırılıb

Azərbaycanlı FİFA referilərinin sayı artırılıb

Futbol
"Qarabağ" dünya reytinqində geriləyib

"Qarabağ" dünya reytinqində geriləyib

Futbol
Lionel Messi DÇ-2022-nin favoritlərini açıqlayıb

Lionel Messi DÇ-2022-nin favoritlərini açıqlayıb

Futbol
Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

Futbol
Zlatan İbrahimoviç komediya serialına çəkiləcək

Zlatan İbrahimoviç komediya serialına çəkiləcək

Futbol
Ukrayna Rusiyanın FIFA və UEFA-dan kənarlaşdırılmasını tələb edir

Ukrayna Rusiyanın FIFA və UEFA-dan kənarlaşdırılmasını tələb edir