Dünya Taekvondosunun prezidenti: Azərbaycanda taekvondonun inkişafına böyük dəstək göstərilir

Dünya Taekvondosunun prezidenti: Azərbaycanda taekvondonun inkişafına böyük dəstək göstərilir

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatı öncəsi mətbuat konfransı keçirilib.

QELEBE.AZ saytının məlumatına görə, mundialın baş tutacağı Bakı Kristal Zalında təşkil olunan tədbirdə Dünya Taekvondosunun (WT) prezidenti Çunqvon Çu, qurumun baş katibi Seo Jeonqkanq, texniki nümayəndə Kim Sonqçul, Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərov, yığma komandanın üzvləri Əliəsgər Əliyev (80 kq) və Fəridə Əzizova (67 kq) iştirak ediblər.

WT rəhbəri bildirib ki, Azərbaycanda yenidən olmaq çox xoşdur: “Taekvondo ailəsinin üzvləri bilir ki, bura bizim üçün mötəbər yerdir. Azərbaycan 2006-cı ildən çox mötəbər yarışlara ev sahibliyi edir. Tədricən Bakı, Azərbaycan hamımız üçün doğma şəhərə çevrilib. Dünya çempionatı 50 illik yubileyimizə təsadüf edir. Bu bizim üçün böyük əhəmiyyət kəsb edir. Sabah Azərbaycanda Müstəqillik Günü olacaq. Tarixi günlərdir, amma bizim yaşımız azdır”.

Çu bildirib ki, əsas fəaliyyətləri sülhə də töhfələrini verməkdir: “Qaçqınlar üçün də bunu edirik. Tokio Olimpiadasında belə iştirakçılar vardı. Bakıda 14-ə yaxın qaçqın idmançı dünya çempionatına qatılacaq. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın da arzusu ondan ibarətdir ki, qaçqın idmançılara da lazımı şəraiti yaradaq. Bu il də şüarımız var. Bu odur ki, ürəyimizdə taekvondo olsa da, düşüncəmizdə sülhdür”.

WT prezidenti Azərbaycanda taekvondonun inkişafı hər şəraitin yaradıldığını xüsusi vurğulayıb: “Bakıya ilk dəfə 2004-cü ildə gəlmişəm. Sonra da bir neçə dəfə burda olduğumdan deyə bilərəm ki, ölkədə hər şey sürətlə dəyişir, inkişaf edir. Ölkədə taekvondonun inkişafına böyük dəstək göstərilir. Burada olduğum müddətdə cənab Prezident İlham Əliyevlə bir neçə dəfə görüşmüşəm. Fəxrlə deyə bilərəm ki, ölkədə taekvondo inkişafına hərtərəfli dəstək göstərilir”.

Qeyd edək ki, dünya çempionatı mayın 29-da start götürüb, iyunun 4-də başa çatacaq. Mundialda 145 ölkədən 949 idmançı 16 dəst medal uğrunda qüvvəsini sınayacaq. “Öz gücünü alovlandır” şüarı altında təşkil olunacaq yarış Dünya Taekvondosunun 50 illiyinə və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə təsadüf edəcək. Dünya çempionatında ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq ölkəmizə gələcək. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər və yubiley konserti də baş tutacaq. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Döyüş növləri
FHN-in əməkdaşları dünya çempionatında qızıl medal qazanıb

FHN-in əməkdaşları dünya çempionatında qızıl medal qazanıb

Döyüş növləri
Azərbaycan boksçularının 2022-ci ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb

Azərbaycan boksçularının 2022-ci ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb

Döyüş növləri
Azərbaycan millisinin baş məşqçisi: “Beynəlxalq yarışların nəticəsini nəzərə alıb seçim edəcəyik”

Azərbaycan millisinin baş məşqçisi: “Beynəlxalq yarışların nəticəsini nəzərə alıb seçim edəcəyik”

Döyüş növləri
Taekvondo Federasiyasında uğur qazanan klublarla görüş olub - FOTO

Taekvondo Federasiyasında uğur qazanan klublarla görüş olub - FOTO

Döyüş növləri
Azərbaycan boksçuları ABŞ-da 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb

Azərbaycan boksçuları ABŞ-da 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb

Döyüş növləri
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib

Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib

Döyüş növləri
FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO

FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO

Döyüş növləri
Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 15 ilin rekordunu vurub

Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 15 ilin rekordunu vurub

Döyüş növləri
Nağı Səfərov: “Əsas hədəfimiz Bakıda keçiriləcək dünya çempionatıdır”

Nağı Səfərov: “Əsas hədəfimiz Bakıda keçiriləcək dünya çempionatıdır”

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatına yekun vurulub - FOTOLENT

Boks üzrə Azərbaycan çempionatına yekun vurulub - FOTOLENT

Döyüş növləri
Erməni boksçu Məsud Yusifzadə ilə döyüşə çıxmayıb

Erməni boksçu Məsud Yusifzadə ilə döyüşə çıxmayıb

Döyüş növləri
Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb

Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb