Taekvondo Federasiyasında uğur qazanan klublarla görüş olub - FOTO

Taekvondo Federasiyasında uğur qazanan klublarla görüş olub - FOTO

Azərbaycan Taekvondo Federasiyasında (ATF) Estoniyanın paytaxtı Tallində klublararası Avropa çempionatında uğur qazanmış komandalarla görüş keçirilib.

QELEBE.AZ saytının məlumatına görə, Görüşdə ATF-in vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev, İdarə Heyətinin üzvü Vüqar Məmmədov, klubların baş məşqçiləri və mükafat qazanan idmançıları iştirak ediblər.

Nağı Səfərov müxtəlif komandaların heyətində 9 medal qazanan idmançılarımızın çıxışını uğurlu adlandırıb. O bildirib ki, böyük uğura gedən yol məhz yeniyetmə dövründən başlayır. Vitse-prezidentin sözlərinə görə, ölkə taekvondosuna adını yazdırmış çempionlar da vaxtı ilə aşağı yaş qruplarında uğur qazanıb və bunun ardını gətiriblər. O, növbəti yarışlarda da bunu davam etdirmələrini arzulayıb.

Avropa çempionatında 4 yetirməsi fəxri kürsüyə qalxan "Ümid"in baş məşqçi İlkin Şahbazov da uğurlu çıxışı davam etdirəcəklərinə inandığını deyib. Avropa çempionumuz qeyd edib ki, yeniyetmə taekvondoçuların daha da inamlı çıxışı üçün bütün bacarıqlarından istifadə edəcəklər.

Niyaməddin Paşayev klublarımızın Tallində uğurlu çıxış etdiyini vurğulayıb. Avropa çempionatında fərqlənənləri təbrik edən ATF rəsmisi onların gələcəkdə də Azərbaycan bayrağını yüksəklərə qaldıracağına inam ifadə edib. Klubları yarışlara hazırlayan müəllimlərə təşəkkür edən dünya çempionu bildirib ki, gələcəkdə daha yüksək zirvələri fəth etmək üçün federasiya həmişə onlara dəstək olacaq.

Qeyd edək ki, "Ümid"in heyətində Sabir Məmmədli (27 kq) qızıl, Coşqun Məmmədzadə (33 kq) gümüş, Rasim Qarayevlə (27 kq) Kənan Balayev (30 kq) bürünc medala qazanıb. Beyrək Bağırovun rəhbərlik etdiyi “Gədəbəy”də Həsən Süleymanov çempion tituluna sahib olub. "Fortis"dən Mehman Qənbərovun (27 kq) üçüncü yeri tutduğu Avropa çempionatında Asim Xudiyevin baş məşqçisi olduğu “Alov”un iki taekvondoçusu Əli Hüseynli (44 kq) gümüş, İsa Hüseynli (40 kq) bürünc mükafata yiyələnib. Azərbaycanın aktivinə 9-cu medalı isə Vüqar Kərimov (68 kq) yazdırıb. O, veteranlar arasında baş tutan Avropa çempionatını ikinci pillədə başa vurub.

Döyüş növləri
Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycana təqdim olunub

Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycana təqdim olunub

Döyüş növləri
Azərbaycan çempionatında finala yüksələnlər və bürünc medalçılar müəyyənləşib

Azərbaycan çempionatında finala yüksələnlər və bürünc medalçılar müəyyənləşib

Döyüş növləri
Beynəlxalq Cüdo Federasiyası Rusiyanı yarışdan kənarlaşdırıb

Beynəlxalq Cüdo Federasiyası Rusiyanı yarışdan kənarlaşdırıb

Döyüş növləri
Azərbaycan boksçuları Serbiyada beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları Serbiyada beynəlxalq turnirdə iştirak edəcək

Döyüş növləri
Taekvondo üzrə Azərbaycan çempionatının tarixi açıqlanıb

Taekvondo üzrə Azərbaycan çempionatının tarixi açıqlanıb

Döyüş növləri
Kəmaləddin Heydərov dünya çempionatına yollanacaq taekvondoçularla görüşüb

Kəmaləddin Heydərov dünya çempionatına yollanacaq taekvondoçularla görüşüb

Döyüş növləri
Azərbaycan boksçularının Avropa birinciliyində ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının Avropa birinciliyində ilk rəqibləri bəlli olub

Döyüş növləri
Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Döyüş növləri
Erməni boksçu Məsud Yusifzadə ilə döyüşə çıxmayıb

Erməni boksçu Məsud Yusifzadə ilə döyüşə çıxmayıb

Döyüş növləri
ABŞ-ın güləş üzrə elçiləri Azərbaycanda səfərdədir

ABŞ-ın güləş üzrə elçiləri Azərbaycanda səfərdədir

Döyüş növləri
Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib - FOTOLENT

Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib - FOTOLENT

Döyüş növləri
Azərbaycanın 17 taekvondoçusu Avropa birinciliyində iştirak edəcək

Azərbaycanın 17 taekvondoçusu Avropa birinciliyində iştirak edəcək