"Sabah" "Beşiktaş"la oyunda erkən qollar vurub - YENİLƏNİR
Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub.
"QELEBE.AZ" xəbər verir ki, 23-cü dəqiqədə İstanbul təmsilçisi fərqi azaldıb.
23-cü dəqiqədə Umut Meraş fərqlənib.
Hazırda "Sabah" öndədir - 2:1.
Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında baş tutan xeyriyyə oyununda erkən qollar vurulub.
"QELEBE.AZ" xəbər verir ki, Azərbaycan təmsilçisi 5 dəqiqədə iki dəfə fərqlənib.
3 və 5-ci dəqiqələrdə Aleksey Kaşuk İstanbul klubunu məyus edib.
Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında keçirilən xeyriyyə oyunu başlayıb.
"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 18:00-da start götürüb.
Matçı Tural Qurbanov idarə edir.
Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

https://qelebe.az//uploads/photo/sabah-beshiktashla-oyunda-erken-qollar-vurub-yenilenir.webp











