“Bolonya”da yeni müqavilə

“Bolonya”da yeni müqavilə

“Bolonya”da yeni müqavilə imzalanıb.

Apasport.az xəbər verir ki, klub Xuan Miranda ilə anlaşıb.

Bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 26 yaşlı ispaniyalı müdafiəçi daha 2 il İtaliya təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, Miranda 2024-cü ilin yayından “Bolonya”da çıxış edir.