Qelebə.az / "Sabah" "Beşiktaş"la oyunda erkən qollar vurub - YENİLƏNİR

"Sabah" "Beşiktaş"la oyunda erkən qollar vurub - YENİLƏNİR

13-05-2023, 18:08

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub. 

"QELEBE.AZ" xəbər verir ki, 23-cü dəqiqədə İstanbul təmsilçisi fərqi azaldıb. 

23-cü dəqiqədə Umut Meraş fərqlənib. 

Hazırda "Sabah" öndədir - 2:1. 

18:08

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında baş tutan xeyriyyə oyununda erkən qollar vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Azərbaycan təmsilçisi 5 dəqiqədə iki dəfə fərqlənib.

3 və 5-ci dəqiqələrdə Aleksey Kaşuk İstanbul klubunu məyus edib.

18:00

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında keçirilən xeyriyyə oyunu başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 18:00-da start götürüb.

Matçı Tural Qurbanov idarə edir.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.


Geri qayıt