Millimiz pley-offa vəsiqə qazanıb

Millimiz pley-offa vəsiqə qazanıb

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün ikinci oyununa çıxıb.

Apasport.az xəbər verir ki, F qrupunda mübarizə aparan komandamız İtaliya yığması ilə qarşılaşıb.

Görüş təmsilçilərimizin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Oyunda Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə fərqləniblər.

Azərbaycan millisi hazırda F qrupunda 6 xalla liderdir. Bu nəticə ilə yığmamız pley-offa vəsiqəni təmin edib.