AL-ə vəsiqə qazanmışdı - I Liqada çıxış edəcək

AL-ə vəsiqə qazanmışdı - I Liqada çıxış edəcək

Futbol üzrə Portuqaliya çempionatında pley-off matçı keçirilib.

Apasport.az xəbər verir ki, Premyer Liqanı 16-cı pillədə başa vuran “Kaza Pia” öz meydanında I Liqanı 3-cü sırada bitirən “Torrense” ilə üz-üzə gəlib.

İlk oyunu qolsuz heç-heçə ilə yekunlaşan cütün cavab görüşündə qalib ev sahibləri olub. Matç “Kaza Pia”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə “Kaza Pia” Premyer Liqada yerini qoruyub. UEFA Avropa Liqasında çıxış edəcək “Torrense” isə növbəti mövsümdə də I Liqada mübarizə aparacaq.