Konate “Liverpul”dan ayrılır?
İbrahima Konate “Liverpul”dan ayrılmağa yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb.
Bildirilib ki, İngiltərə klubu müdafiəçi ilə yeni müqavilə məsələsində razılığa gələ bilməyib. Bu səbəbdən fransalı futbolçunun yayda azad agent kimi komandadan ayrılacağı ehtimal olunur.
Konatenin adı ilin əvvəlindən etibarən Avropanın bir sıra klubları ilə hallanır. Lakin o, hələlik gələcək karyerası ilə bağlı yekun qərar verməyib.
Qeyd edək ki, Konate 2021-ci ildən “Liverpul”un formasını geyinir. O, başa çatan mövsümdə Premyer Liqada 36 oyunda iştirak edib və 1 qol vurub.

https://qelebe.az//uploads/photo/konate-liverpuldan-ayrilir.webp