Azərbaycan Karate Federasiyasında maliyyə problemi: “Vəziyyət bütün mənalarda yaxşı deyil”

Azərbaycan Karate Federasiyasında maliyyə problemi: “Vəziyyət bütün mənalarda yaxşı deyil”

“Mövcud maliyyə vəziyyəti bütün mənalarda heç də yaxşı deyil. Avropa Oyunlarından əvvəl Rabatdakı Premyer Liqa yarışı üçün vəsait ayrılmadı. Buna görə də, turnirə təkcə mən gəlmişəm”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan millisinin karateçisi İrina Zaretska Mərakeşin paytaxtı Rabatda bu gün start götürən Premyer Liqa turnirinə tək yollanması ilə bağlı danışarkən deyib.

İrina Zaretska
İrina Zaretska

68 kq çəki dərəcəsində ən yüksək reytinqli karateçi olan dünya və Avropa çempionu Rabat-2023-ə səfər xərclərini qismən özünün qarşıladığını bildirib: “Mənim üçün mövsüm ərzində daim formada qalmaq və reytinqdəki mövqeyimi qorumaq vacibdir. Çünki hazırda reytinqdə birinci yerdəyəm. Bu nəticə isə bir turnirdə qazanılmır”.

27 yaşlı idmançı əlavə edib ki, əvvəllər maliyyə cəhətdən hansısa problem yaşamayıblar: “Maliyyənin ayrılmamasında federasiyanın, assosiasiyanın, yoxsa nazirliyin məsuliyyət daşıdığını bilmirəm. Hər şey yaxşı gedirdi, peşəkar yanaşma var idi. Amma indi vəziyyət belə alınıb”.

İ.Zaretska Azərbaycan Karate Federasiyasında maliyyə probleminin olub-olmadığına da münasibət bildirib: “Bununla bağlı federasiyanın prezidenti ilə danışsanız, daha yaxşı olar”.

Yaşar Bəşirov
Yaşar Bəşirov

Mövzu ilə bağlı “QELEBE.AZ”a açıqlama verən Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov qadın karateçinin Mərakeşə səfəri üçün ona köməklik göstərdiyini bildirib: “Zaretskanın səfər xərclərinin bir hissəsini özü qarşıladı, bir hissəsini də biz köməklik göstərdik. Parisə biletini mən aldım. Orada Fransa klubu ilə təlim-məşq toplanışı keçdikdən sonra Rabata getdi. Maliyyə olmadığı üçün Mərakeşə təkcə Zaretskanı göndərə bildik”.

Federasiya prezidenti maddi baxımdan problem yaşadıqlarını da təsdiqləyib: “Federasiyada maliyyə baxımından son vaxtlar müəyyən çətinliklər var. Hamıdan qat-qat yüksək büdcəmiz olan vaxtlar da olub. Bu gün belə alınıb. Amma demək olmaz ki, heç nə eləmirik. Əlbəttə ki, maliyyə çox ayrılsa, daha yaxşı olar. Gənclər və İdman Nazirliyi bizə öz köməkliyini göstərir. Yəqin ki, yeni sponsor tapılacaq. Sponsor olmadan tək nazirliyin bütün federasiyaları maliyyələşdirməsi çətin olar. Nazirliyin dəstəyini həmişə hiss eləmişik”.

Qeyd edək ki, İrina Zaretska Rabat-2023 Premyer Liqasında mayın 13-də mübarizəyə qoşulacaq.

Fərdi
Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Fərdi
Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Fərdi
Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə 1 gündə 4 hindistanlı şahmatçı ilə oynayıb

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə 1 gündə 4 hindistanlı şahmatçı ilə oynayıb

Fərdi
Rusiya idmançılarının 4 ölkəyə girişinə qadağa qoyulub

Rusiya idmançılarının 4 ölkəyə girişinə qadağa qoyulub

Fərdi
Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 qızıl medal qazanıb

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 qızıl medal qazanıb

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku keçiriləcək

Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku keçiriləcək

Fərdi
Dünya yaş qrupları yarışında 4 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Dünya yaş qrupları yarışında 4 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Fərdi
Qılıncoynatma üzrə milli qran-pri turnirinə Bakıda hazırlaşır

Qılıncoynatma üzrə milli qran-pri turnirinə Bakıda hazırlaşır

Fərdi
"Formula 1": Braziliya Qran-prisi ləğv edilə bilər

"Formula 1": Braziliya Qran-prisi ləğv edilə bilər

Fərdi
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Fərdi
Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb

Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb

Fərdi
Sumqayıtda ustad dərsi keçirilib

Sumqayıtda ustad dərsi keçirilib