Tomas Koneçko: "Prezident Kuboku-2023" beynəlxalq reqatası yüksək səviyyədə təşkil olunub"

Tomas Koneçko: "Prezident Kuboku-2023" beynəlxalq reqatası yüksək səviyyədə təşkil olunub"

"Turnir yüksək səviyyədə təşkil olunub. Bu isə onu göstərir ki, gələcəkdə Suqovuşan və Mingəçevir nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edə bilər. Bu ideyanın həyata keçməsi üçün Azərbaycanın mümkün namizədliyini dəstəkləyəcəyəm"

"QELEBE.AZ"un məlumatına görə, bunu Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Koneçko Suqovuşan və Mingəçevirdə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən "Prezident Kuboku-2023" beynəlxalq reqatası barədə danışarkən deyib.

O, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasını belə peşəkar yarış keçirdiyi üçün təbrik edib: "Düşünürəm ki, bu, ölkəniz üçün vacib olan yubileyi qeyd etmək baxımından çox yaxşı yoldur. Belə bir yarışın keçirilməsi həm Azərbaycan, həm də burada iştirak edən ölkələrin bu idman növünü təşviq etməsi üçün də önəmlidir".

"Suqovuşan xüsusi yerdir, çünki öz tarixi var. Azərbaycanın qısa zamanda bu bölgəni necə inkişaf etdirməsinin və su hövzəsində yarışlar üçün şərait yaratmasının şahidi oldum. Suqovuşandakı şərait beynəlxalq standartlara cavab verir. Gələcəkdə orada Dünya Kuboku kimi nüfuzlu yarışlar keçirilə bilər".

Qeyd edək ki, "Prezident Kuboku-2023" beynəlxalq reqatasına bu gün yekun vurulacaq. Mükafatlandırılma mərasimi isə mayın 7-də Bakıda keçiriləcək.

Fərdi
Nodirbek Abdusattorov: "Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq"

Nodirbek Abdusattorov: "Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq"

Fərdi
Açıq Avropa turniri: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Açıq Avropa turniri: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Fərdi
Həbib Nurməhəmmədov ötən ilin ən yaxşı məşqçisi seçilib

Həbib Nurməhəmmədov ötən ilin ən yaxşı məşqçisi seçilib

Fərdi
Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib

Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib

Fərdi
Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Fərdi
İlqar Rəhimov paracüdoçuların qarşısına qoyulan hədəfləri açıqlayıb

İlqar Rəhimov paracüdoçuların qarşısına qoyulan hədəfləri açıqlayıb

Fərdi
Rusiya təmsilçisi İslam Maxaçev yüngül çəkidə UFC çempionu olub

Rusiya təmsilçisi İslam Maxaçev yüngül çəkidə UFC çempionu olub

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub

Fərdi
Azərbaycan idmançılarının sentyabr üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının sentyabr üçün reytinq cədvəli bəlli olub

Fərdi
Azərbaycanın idman gimnastı Rusiyada qızıl medal qazanıb

Azərbaycanın idman gimnastı Rusiyada qızıl medal qazanıb

Fərdi
Ronaldu Almaniyanın “Bavariya” klubuna keçə bilər

Ronaldu Almaniyanın “Bavariya” klubuna keçə bilər