"Fənərbaxça" yeni baş məşqçisini tapdı
"Fənərbaxça" baş məşqçi axtarışını yekunlaşdırıb.
QELEBE.AZ xəbər verir ki, İstanbul təmsilçisinə portuqaliyalı mütəxəssis Serxio Konseysao rəhbərlik edəcək.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İddialara görə, İstanbul klubu 51 yaşlı mütəxəssislə razılığa gəlib. Konseysaonun yaxın günlərdə İstanbula gələcəyi gözlənilir.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis karyerası ərzində "Portu" və "Milan" kimi klubları çalışdırıb. Onun son iş yeri Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu olub.

https://qelebe.az//uploads/photo/quotfenerbaxchaquot-yeni-bash-meshqchisini-tapdi.webp