"Qəbələ"nin baş məşqçisi: "Layiqli qələbə ilə finala adladıq"

"Qəbələ"nin baş məşqçisi: "Layiqli qələbə ilə finala adladıq"

"Düşünürəm ki, layiqli qələbə ilə finala adladıq".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis sıx qrafikdə oynadıqlarını bildirib: "Təbii otdan süni örtüklü meydançaya keçmək bizim kimi komandalar üçün ağırdır. Amma bu gün sonadək oyundan qopmadıq. Elə vəziyyətdəyik ki, finala çıxmağımızı qeyd etməyə də vaxt yoxdur. Hazırda bizi "Səbail"lə qarşıdakı çempionat oyunu düşündürür. Fikrimizi bu matça yönəldəcəyik. Qısa müddətdə 3-cü dəfə eyni rəqiblə qarşılaşmaq yorucu deyil. Komandalar artıq bir-birilərini əzbərləyiblər. Ağır oyun olacaq. Nəticə üçün əzmkarlıq göstərmək lazımdır".

Feras Abu Akalın oyun zamanı aqressiv davranışları barədə də danışan Baxşıyev onun emosional futbolçu olduğunu söyləyib: "Yarımfinal matçında bu cür halları ormal qarşılamaq lazımdır. Futbolçular tam olaraq oyuna köklənmişdilər".

O, "Ardıcıl beş oyundur, qələbə qazanırsınız. Futbolçuların arxayınlaşmasından qorxmursunuz" sualına qısa cavab verib: "Məşqçi qorxursa, işləməməlidir".

Təcrübəli mütəxəssis finala gedən yolda mübarizədən kənarlaşdırdıqları ən çətin rəqibin "Qarabağ" olduğunu əlavə edib: "Bu cür kollektivi keçmək güc tələb edir. Rəqibləri seçməzdim, bütün oyunlar ağır oldu. "Səbail"lə Qəbələdəki matçda geridönüş etmişdik. Futbolçularımı təbrik edirəm, böyük ruha sahibdirlər. Qarşıdakı hər oyun finala bərabər".

Baxşıyev finalda üz-üzə gələcəkləri "Neftçi"ni "flaqman" adlandırıb: "Onlar da iddialıdırlar. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, layiqli mübarizə aparaq və hədəfə çataq".

Futbol
"Qarabağ"ın aparıcı futbolçusu "Frayburq"la oyunu buraxacaq

"Qarabağ"ın aparıcı futbolçusu "Frayburq"la oyunu buraxacaq

Futbol
"Barselona"nın futbolçusu evində döyülərək qarət olunub

"Barselona"nın futbolçusu evində döyülərək qarət olunub

Futbol
Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur

Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur

Futbol
Braziliya Futbol Konfederasiyası Zinəddin Zidan üçün təklif hazırlayır

Braziliya Futbol Konfederasiyası Zinəddin Zidan üçün təklif hazırlayır

Futbol
İsnik Alimi: “Qol yollarında daha yaxşı olmalıyıq”

İsnik Alimi: “Qol yollarında daha yaxşı olmalıyıq”

Futbol
Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

Futbol
Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub

Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub

Futbol
Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"a afərin!"

"Nant"ın baş məşqçisi: "Qarabağ"a afərin!"

Futbol
"Sevilya"nın yeni baş məşqçisi bəlli olub

"Sevilya"nın yeni baş məşqçisi bəlli olub

Futbol
“Frayburq”ın baş məşqçisi: “Qarabağ” üçün bəxtsizlikdir"

“Frayburq”ın baş məşqçisi: “Qarabağ” üçün bəxtsizlikdir"

Futbol
Laurentsiu Regekampf: "Qarabağ"la oyunlar hansı səviyyədə olduğumuzu göstərəcək"

Laurentsiu Regekampf: "Qarabağ"la oyunlar hansı səviyyədə olduğumuzu göstərəcək"