Laurentsiu Regekampf: "Qarabağ"la oyunlar hansı səviyyədə olduğumuzu göstərəcək"

Laurentsiu Regekampf: "Qarabağ"la oyunlar hansı səviyyədə olduğumuzu göstərəcək"

"Fasilədən sonra "Qarabağ"la oyunumuz var. Bu rəqiblə matçlar hansı səviyyədə olduğumuzu göstərəcək".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

Rumıniyalı mütəxəssis görüşün əsl derbi ab-havasında oynanılacağını bildirib: "Tamaşaçıların çox olduğu stresli qarşılaşmaya çıxacağıq. Qələbə qazanacağıma ümid edirəm".

Azərbaycandakı işindən də söz açan 47 yaşlı baş məşqçi burada çalışmağın xoş təcrübə olduğunu söyləyib: "Amma hələlik ölkə futbolu haqqında fikir bildirmək tezdir. Hər liqanın öz cazibəsi var və bu təcrübə məni cəlb edir. Hələlik "Neftçi"də işlərim yaxşı gedir".

O, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində iki oyunun (2:1, 0:2) nəticəsinə görə Avstriyanın "Rapid" (Vyana) klubuna uduzaraq, mübarizəni dayandırmalarına da toxunub: "Təəssüf ki, komandanı turnirə daha yaxşı hazırlamaq üçün kifayət qədər vaxtımız olmadı. Daha yüksək səviyyəli komandaya qarşı yaxşı oyunla məğlub olsaq da, mübarizəni davam etdirməliyik".

Qeyd edək ki, Laurentsiu Regekampf "Neftçi" ilə 2 illik müqavilə imzalayıb.

Futbol
“Şamaxı”nın qış hazırlıq proqramı məlum olub

“Şamaxı”nın qış hazırlıq proqramı məlum olub

Futbol
Elxan Məmmədov FIFA-da UEFA-ya üzv ölkələr üçün seminar keçirib

Elxan Məmmədov FIFA-da UEFA-ya üzv ölkələr üçün seminar keçirib

Futbol
Premyer Liqa: "Qarabağ" "Zirə", "Şamaxı" "Kəpəz"lə üz-üzə gələcək

Premyer Liqa: "Qarabağ" "Zirə", "Şamaxı" "Kəpəz"lə üz-üzə gələcək

Futbol
“Qalatasaray” PSJ-dən Mauro İkardini sıralarına qatıb

“Qalatasaray” PSJ-dən Mauro İkardini sıralarına qatıb

Futbol
Avropa Liqasında həftənin oyunçusu bəlli olub

Avropa Liqasında həftənin oyunçusu bəlli olub

Futbol
İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Nottingem Forest”i darmadağın edib

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Nottingem Forest”i darmadağın edib

Futbol
"Zirə"nin legioneri: "Medalçılar sırasına düşmək çətin, amma mümkündür"

"Zirə"nin legioneri: "Medalçılar sırasına düşmək çətin, amma mümkündür"

Futbol
DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələnib

DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələnib

Futbol
La Liqa: "Real Madrid" mövsümün ilk məğlubiyyətini alıb

La Liqa: "Real Madrid" mövsümün ilk məğlubiyyətini alıb

Futbol
Məhəmməd Adıyev: "Bu gün çox zəif oynadıq"

Məhəmməd Adıyev: "Bu gün çox zəif oynadıq"

Futbol
"Qarabağ" Avropada xal itirməyən üç komandadan biridir

"Qarabağ" Avropada xal itirməyən üç komandadan biridir

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" autsayderlə oyunda xal itirib

Azərbaycan Premyer Liqası: "Neftçi" autsayderlə oyunda xal itirib