Tuxel məğlubiyyətə aydınlıq gətirdi - “Qərarları verən mənəm”
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın yarımfinalında Argentinaya 1:2 hesablı məğlubiyyəti şərh edib.
QELEBE.AZ xəbər verir ki, almaniyalı mütəxəssis komandasının hesabı açdıqdan sonra həddən artıq passiv oynadığını etiraf edib.
“1:0 hesabı ilə önə keçdikdən sonra oyunda həddən artıq passiv qaldıq. Problem start heyətində deyildi. Oyunun gedişatı tamamilə dəyişdi, amma bununla bağlı müzakirələri başa düşürəm.
Futbolu məndən daha yaxşı bildiyini düşünən milyonlarla baş məşqçi var. Gedib bu məsələni həmin milyon məşqçi ilə müzakirə edə bilərəm, amma qərarları verməli olan şəxs mənəm.
Matçın gedişatında meydanda xeyli boşluq yarandı. Argentina bütün hava toplarını qazandığı üçün beş müdafiəçili sistemə keçməyə qərar verdim, səbəb bu idi”, – deyə Tuxel bildirib.
Qeyd edək ki, İngiltərə yarımfinalda Argentinaya 1:2 hesabı ilə uduzaraq finala yüksələ bilməyib. Komanda iyulun 19-na keçən gecə üçüncü yer uğrunda matçda Fransa ilə qarşılaşacaq.

https://qelebe.az//uploads/photo/tuxel-meglubiyyete-aydinliq-getirdi-qerarlari-veren-menem.webp