AAF-ın mətbuat katibi: “Hadisə baş verən an internetdə kəsilmə oldu”

AAF-ın mətbuat katibi: “Hadisə baş verən an internetdə kəsilmə oldu”

“Bayrağa qarşı hörmətsizliyi heç cür qəbul edə bilmərik”.

APA xəbər verir ki, bu sözləri Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev bildirib.

Onun sözlərinə görə,təhlükəsizliyə cavab verən Ermənistanın baş verənlərə münasibəti qəbuledilməzdir:

“Bu onu göstərir ki, ermənilər hələ də sülh istəmirlər. Onların Azərbaycana qarşı nifrətləri var”.

Mətbuat katibi bildirib ki, hadisədən sonra ölkəni tərk etmək barədə qərar qəbul olunub.

“Baxmayaraq ki, Ermənistan hakimiyyəti, Avropa Ağır Atletika Federasiyası, Beynəlxalq Ağır Atletika Federasiyası hamısı bizi yarışda qalmağa dəvət edirdilər”, - deyə o bildirib.

Kənan Məstəliyev bildirib ki, bu hadisə bilərəkdən törədilib.

“Hadisə baş verən an internetdə kəsilmə oldu. Canlı yayımda bayrağın yandırılması epizodu göstərilmədi. Biz bunu qısa müddətdən sonra sosial şəbəkələrdə gördük.”, - deyə o bildirib.

Kənan Məstəliyev bildirib ki, idmançıların yaşı və onların psixoloji vəziyyəti nəzərə alınaraq geriyə dönmək qərarı verilib:

"Biz yarış vaxtı daha çoxunu etmək niyyətində idik. Yarışa az qalmış Ermənistan yığması bizim məşq zalına gəldilər. Belə baş düşdüm ki, onlar bizim idmançıların qızıl medal qazanma şanslarını görüb belə bir hərəkət etdilər".

Döyüş növləri
Azər Novruzov Avropa Cüdo Birliyində vəzifəyə təyin olunub

Azər Novruzov Avropa Cüdo Birliyində vəzifəyə təyin olunub

Döyüş növləri
Azərbaycan birinciliyində 66 komandadan 326 boksçu mübarizə aparacaq

Azərbaycan birinciliyində 66 komandadan 326 boksçu mübarizə aparacaq

Döyüş növləri
Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub - FOTO

Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub - FOTO

Döyüş növləri
Azərbaycanlı taekvondoçu: “Hədəfim Olimpiya Oyunların qızıl medalını qazanmaqdır”

Azərbaycanlı taekvondoçu: “Hədəfim Olimpiya Oyunların qızıl medalını qazanmaqdır”

Döyüş növləri
Azərbaycan çempionatında finala yüksələn boksçular müəyyənləşib - FOTOLENT

Azərbaycan çempionatında finala yüksələn boksçular müəyyənləşib - FOTOLENT

Döyüş növləri
Azərbaycanın 2 boksçusu beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb

Azərbaycanın 2 boksçusu beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb

Döyüş növləri
Sahil Babayev naxçıvanlı boksçularla görüşüb - FOTO

Sahil Babayev naxçıvanlı boksçularla görüşüb - FOTO

Döyüş növləri
Azərbaycan Avropa çempionatına 5 boksçu ilə qatılacaq

Azərbaycan Avropa çempionatına 5 boksçu ilə qatılacaq

Döyüş növləri
Azərbaycan parataekvondo millisinin baş məşqçisi: “İnanıram ki, daha yaxşı nəticələr əldə edəcəyik”

Azərbaycan parataekvondo millisinin baş məşqçisi: “İnanıram ki, daha yaxşı nəticələr əldə edəcəyik”

Döyüş növləri
Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb - FOTO

Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb - FOTO

Döyüş növləri
Azərbaycanın iki boksçusu Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb

Azərbaycanın iki boksçusu Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb

Döyüş növləri
Azərbaycanın 2 boksçusu ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycanın 2 boksçusu ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb