Elektron İdman Növləri Federasiyası ölkə çempionatının qaliblərini mükafatlandırıb

Elektron İdman Növləri Federasiyası ölkə çempionatının qaliblərini mükafatlandırıb

Azərbaycan Elektron İdman Növləri Federasiyası kompüter oyunları üzrə XVII ölkə çempionatının qaliblərinin mükafatlandırma mərasimini keçirib.

Qurumdan "QELEBE.AZ"a verilən məlumata görə, tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov bu növün Azərbaycanda inkişafından söz açıb, oyunçuların ölkəni beynəlxalq arenada yüksək səviyyədə təmsil etdiyini vurğulayıb.

Qalibləri təbrik edən E.Məmmədov beynəlxalq yarışlarda idmançılara uğurlar arzulayıb.

Federasiyanın prezidenti Adil Mahmudov XVII Azərbaycan çempionatının 6 elektron idman növü üzrə keçirildiyini deyib: "Bunlardan 2-si solo, digərləri isə komanda idman növləridir. Solo yarışların qalibləri iyunda Polşada təşkil olunacaq Avropa çempionatında iştirak hüququ qazanıblar. Həmin idmançılar cari ildə Rumıniyada keçiriləcək dünya çempionatına da qatılacaqlar. Komanda yarışlarının qalibləri isə Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaqlar".

Mahmudov elektron idman növlərinə marağın böyük olduğunu söyləyib: "Hazırda Bakı ilə yanaşı, regionlarda da klublar fəaliyyət göstərir. Əsas məqsəd idmanın bu növü üzrə liqaların yaradılmasıdır".

Daha sonra milli komanda üçün hazırlanmış forma ictimaiyyətə təqdim olunub. Forma ilk olaraq ölkəni Avropa çempionatında təmsil edəcək solo kiber idman növləri üzrə Azərbaycan çempionları Orxan Tağıyevlə Təbriz Mahmudova təqdim edilib.

Sonda qaliblərə medallar, diplom və pul mükafatı verilib.

Fərdi
Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

Fərdi
Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq

Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq

Fərdi
Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Fərdi
Şəhriyar Məmmədyarov: "Şuşadakı turnirin qalibi olmaq üçün əlimdən gələni edəcəyəm"

Şəhriyar Məmmədyarov: "Şuşadakı turnirin qalibi olmaq üçün əlimdən gələni edəcəyəm"

Fərdi
Azərbaycanın legioner taekvondoçularının taleyinə tezliklə aydınlıq gələcək

Azərbaycanın legioner taekvondoçularının taleyinə tezliklə aydınlıq gələcək

Fərdi
Stolüstü tennis üzrə ölkə kubokunda komanda yarışları başa çatıb

Stolüstü tennis üzrə ölkə kubokunda komanda yarışları başa çatıb

Fərdi
Azərbaycan millisinin baş məşqçisi: "Sən nə gözəl, nə böyüksən, uca millətim"

Azərbaycan millisinin baş məşqçisi: "Sən nə gözəl, nə böyüksən, uca millətim"

Fərdi
Azərbaycanın daha bir ağırlıqqaldıranı beynəlxalq turnirdə medal qazanıb

Azərbaycanın daha bir ağırlıqqaldıranı beynəlxalq turnirdə medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycan təmsilçiləri heç-heçə ediblər

Dünya çempionatı: Azərbaycan təmsilçiləri heç-heçə ediblər

Fərdi
Azərbaycan güləşçiləri dünya birinciliyi və çempionatında 4 medal qazanıblar

Azərbaycan güləşçiləri dünya birinciliyi və çempionatında 4 medal qazanıblar

Fərdi
İrina Zaretskaya Premyer Liqanın qalibi olub

İrina Zaretskaya Premyer Liqanın qalibi olub

Fərdi
Tennis üzrə Bakı çempionatının qalibləri bəlli olub

Tennis üzrə Bakı çempionatının qalibləri bəlli olub