Samir Abasov: "Qarabağ"ı udmaq problem deyil"

Samir Abasov: "Qarabağ"ı udmaq problem deyil"

"Qarabağ"ı udmaq, onlardan xal almaq problem deyil. Sadəcə anlamalıyıq ki, bu "Sumqayıt" onu edə bilərmi? Reallıqlara baxsaq, gücümüz çatmaz".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov evdə "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis rəqibi layiqli qələbə münasibətilə təbrik edib: "Bugünkü "Qarabağ"la oynamaq bizim üçün çox çətindir. Çempionatda son dövrəyə giririk. Vacib oyunlar olacaq. İki ağır məğlubiyyətdən sonra vaxtımız var, hazırlaşacağıq".

O, komandasının tez təslim olmasını buraxılan qollarla əlaqələndirib: "Qapında qol gördükcə, özünə, komanda yoldaşlarına inam itir və nəticədə belə olur. Buraxdığımız qollar bizim gücümüzü göstərir. Söhbət ruhdan, ürəkdən getmir. Bunlar önəmli ola bilər. Amma iki ötürmədən sonra topu itirirsənsə, buna nə ürək lazımdır? Bugünkü "Sumqayıt"ın "Sabah" və "Qarabağ" kimi komandalara qarşı oynaması həddindən artıq çətindir. Topu saxlaya bilmirik. Keyfiyyət bəllidir".

Abasov fasilədə futbolçularla çox danışmadığını vurğulayıb: "Sadəcə bildirdim ki, bu, oyundur, hər şey ola bilər. Uzağa getməyək, dünən Çempionlar Liqasında "Mançester Siti" "Leyptsiq"i 7:0 hesabı ilə uddu. Kiminsə üstünə düşmək lazım deyil. Dedim ki, çıxaq, ikinci hissədə yaxşı oyun göstərək. Bu gün 0:4, 0:6 hesabı ilə uduza bilərik. Amma meydanda da nələrisə göstərməliyik".

Futbol
"Mançester Yunayted" "Everton"a qalib gəlib

"Mançester Yunayted" "Everton"a qalib gəlib

Futbol
"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

Futbol
Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
Qurban Qurbanov: "Hakimlər kənarda qalıb, VAR sistemi işləyir"

Qurban Qurbanov: "Hakimlər kənarda qalıb, VAR sistemi işləyir"

Futbol
Canni De Byazi: "Qazandığım uğurlara görə İtaliyanı tərk etməyə dəyərdi"

Canni De Byazi: "Qazandığım uğurlara görə İtaliyanı tərk etməyə dəyərdi"

Futbol
Obameyanq "Çelsi"yə keçib

Obameyanq "Çelsi"yə keçib

Futbol
Azərbaycan Premyer Liqası: Komandaların hissələr üzrə göstəriciləri - ARAŞDIRMA

Azərbaycan Premyer Liqası: Komandaların hissələr üzrə göstəriciləri - ARAŞDIRMA

Futbol
Səudiyyə Ərəbistanı millisinin futbolçusunun çənəsi sınıb

Səudiyyə Ərəbistanı millisinin futbolçusunun çənəsi sınıb

Futbol
"Sabah" klubu bu mövsüm ilk dəfə xal itirib

"Sabah" klubu bu mövsüm ilk dəfə xal itirib

Futbol
"Qarabağ"a uduzan "Olimpiakos" avrokuboklardakı antirekordu yeniləyib

"Qarabağ"a uduzan "Olimpiakos" avrokuboklardakı antirekordu yeniləyib

Futbol
"Barselona" böyük məbləğdə cərimələnib

"Barselona" böyük məbləğdə cərimələnib

Futbol
"Zirə" klubunda yeni məşqçi təyin olunub

"Zirə" klubunda yeni məşqçi təyin olunub