Vətən müharibəsi iştirakçısı: "İnanıram ki, "Qalatasaray"la Qarabağda da oyun baş tutacaq"

Vətən müharibəsi iştirakçısı: "İnanıram ki, "Qalatasaray"la Qarabağda da oyun baş tutacaq"

"İnanıram ki, Qarabağda da bu komandalar arasında oyun baş tutacaq".

Bunu "Report"a açıqlamasında Vətən müharibəsi iştirakçısı Murad Hüseynov "Qarabağ" və "Qalatasaray" arasında keçiriləcək yoldaşlıq matçı barədə danışarkən deyib.

44 günlük müharibə zamanı bu görüşün baş tutmasını arzulayan Hüseynov xəbəri eşitdikdən sonra həyəcanlandığını bildirib: "Bizim ən böyük arzumuz Qarabağın işğaldan azad olunması idi, amma belə bir oyunun keçirilməsini də istəyirdik təbii ki".

O, uşaqlıqdan İstanbul təmsilçisinin azarkeşi olduğunu söyləyib: "Təbii ki, ən birinci ölkəmizdəki komandaların qələbə qazanmasını istəyirəm. Amma "Qalatasaray" sevgisi uşaqlıqdan var. Hakan Şükürün, Hasan Şaşın oynadığı dönəmdən, UEFA Kuboku (hazırkı Avropa Liqası) qazanılan vaxtdan kluba azarkeşlik edirəm".

Murad Hüseynov "Qarabağ"ın artıq onunla əlaqə saxladığını vurğulayıb: "Bu gün saat 17:00-da klubun bazasında olacağam. Allah bu qarşılaşmanı təşkil edənlərdən razı olsun. Mən də həmin matçı tribunadan izləyəcəyəm. Hər kəs məni bu oyuna dəvət edir. Onların hamısına təşəkkür edirəm".

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.

Futbol
Premyer Liqa: "Qarabağ" - "Kəpəz" oyununun hakimləri açıqlanıb

Premyer Liqa: "Qarabağ" - "Kəpəz" oyununun hakimləri açıqlanıb

Futbol
Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Futbol
Stanislav Çerçesov: "Qarabağ" çox güclü komandadır"

Stanislav Çerçesov: "Qarabağ" çox güclü komandadır"

Futbol
Moldova - Azərbaycan oyununda ikinci hissə başlayıb

Moldova - Azərbaycan oyununda ikinci hissə başlayıb

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub

Futbol
Tyerri Anri Belçika yığmasını Azərbaycanla oyuna çıxara bilər

Tyerri Anri Belçika yığmasını Azərbaycanla oyuna çıxara bilər

Futbol
Fariz Nəcəfov: "VAR sistemində boşluqların olmasını anlayışla qarşılayıram"

Fariz Nəcəfov: "VAR sistemində boşluqların olmasını anlayışla qarşılayıram"

Futbol
İngiltərə klubu ağır məğlubiyyətdən sonra baş məşqçini qovub

İngiltərə klubu ağır məğlubiyyətdən sonra baş məşqçini qovub

Futbol
Əfran İsmayılov: “Tərlan Əhmədovun məşqçilik bacarığına heç kim nəsə demir” - MÜSAHİBƏ

Əfran İsmayılov: “Tərlan Əhmədovun məşqçilik bacarığına heç kim nəsə demir” - MÜSAHİBƏ

Futbol
Premyer Liqa: "Zirə" "Şamaxı"nı qəbul edəcək

Premyer Liqa: "Zirə" "Şamaxı"nı qəbul edəcək

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Hərdən komanda şəklində oyundan qopuruq"

"Qəbələ"nin baş məşqçisi: "Hərdən komanda şəklində oyundan qopuruq"

Futbol
"Arsenal" Premyer Liqada rekorda imza atıb

"Arsenal" Premyer Liqada rekorda imza atıb