Rusiya UEFA-dan ayrılaraq Asiya Futbol Konfederasiyasına qoşulmaq istəyir
Rusiya Futbol İttifaqı Asiya Konfederasiyasına keçid məsələsini İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə edəcək.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə İttifaqın rəhbəri Aleksandr Dyukov bildirib.
Qeyd edək ki, Rusiya komandalarına tətbiq edilən sanksiyalardan sonra Rusiya UEFA-dan ayrılaraq Asiya Futbol Konfederasiyasına daxil olmağı planlaşdırır.
Asiya Futbol Konfederasiyası Asiya Çempionlar Liqası və Asiya Çempionatından ibarətdir.

https://qelebe.az//uploads/photo/rusiya-uefa-dan-ayrilaraq-asiya-futbol-konfederasiyasina-qoshulmaq-isteyir.webp











