Gövhər Beydullayeva Qafqazın ən böyük esports arenasında qonaq olub

Gövhər Beydullayeva Qafqazın ən böyük esports arenasında qonaq olub

Beynəlxalq qrossmeyster, 20 yaşadək şahmatçılar arasında dünya çempionu Gövhər Beydullayeva Qafqazın ən böyük esports arenasında qonaq olub.

Azərbaycan Şahmat Federasiyasından "Report"a bildirilib ki, xanım şahmatçı ilə görüşən Elektron İdman Növləri Federasiyasının prezidenti Adil Mahmudov ona arena və ölkədə elektron idmanın inkişafı barədə məlumat verib. Şahmatçıların hazırlıq zamanı kompüterdən istifadə etdiyini xatırladan A.Mahmudov elektron idman növlərinin birbaşa olaraq bilgisayarda oynanıldığını qeyd edib. Azərbaycanda populyar kompüter oyunları arasında şahmatın da olması xüsusi vurğulanıb.

Federasiya rəhbəri görüşün məhz 8 mart – Beynəlxalq Qadınlar Günündə baş tutmasının böyük məna daşıdığını bildirib: "Azərbaycan xanımları müxtəlif sahələrdə uğur qazanmaqla daim ölkəmizin adını uca tutub. Şahmat kimi çətin idman növündə 20 yaşlılar arasında ilk azərbaycanlı dünya çempionu olan Gövhər Beydullayeva gənclərə böyük nümunədir".

Sonra Beydullayeva kompüterdə şahmat oynamaqla dostluq görüşündə iştirak edib.

Görüşün sonunda A.Mahmudov dünya çempionunu bayram münasibəti ilə təbrik edib, ona Avropa çempionatında uğurlar arzulayıb.

Fərdi
Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Fərdi
Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Fərdi
UWW reytinqi: Azərbaycanın 4 güləşçisi ili ilk pillədə başa vurub

UWW reytinqi: Azərbaycanın 4 güləşçisi ili ilk pillədə başa vurub

Fərdi
Şəhriyar Məmmədyarov beynəlxalq turnirə Karlsen üzərində qələbə ilə başlayıb

Şəhriyar Məmmədyarov beynəlxalq turnirə Karlsen üzərində qələbə ilə başlayıb

Fərdi
Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna yekun vurulub, ən güclülər müəyyənləşib

Ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna yekun vurulub, ən güclülər müəyyənləşib

Fərdi
Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurub

Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurub

Fərdi
Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

Fərdi
Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Fərdi
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala çıxıb

Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala çıxıb

Fərdi
Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Fərdi
Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi bu gün mübarizəyə başlayır