İngiltərədən 60 il sonra ən yaxşı nəticə – Tarixi qol rekordu
İngiltərə millisi 2026-cı il dünya çempionatını üçüncü pillədə başa vuraraq 1966-cı ildən bəri mundiallardakı ən yaxşı nəticəsini əldə edib.
QELEBE.AZ xəbər verir ki, ingilislər bürünc medal uğrunda görüşdə Fransanı 6:4 hesabı ilə məğlub ediblər.
Qarşılaşmada ümumilikdə 10 qol vurulub. Bununla da İngiltərə – Fransa görüşü dünya çempionatları tarixinin ən məhsuldar üçüncülük matçı olub.
Əvvəlki rekord 1958-ci ildə keçirilmiş Fransa – Qərbi Almaniya matçına məxsus idi. Həmin görüş fransızların 6:3 hesablı qələbəsi ilə başa çatmışdı.
Qeyd edək ki, 1966-cı ildə dünya çempionu olan İngiltərə tarixində ilk dəfə mundialın bürünc medalını qazanıb.

https://qelebe.az//uploads/photo/ingiltereden-60-il-sonra-en-yaxshi-netice-tarixi-qol-rekordu.webp