Saka het-trik etdi – Matçın ən yaxşısı seçildi
İngiltərə millisinin futbolçusu Bukayo Saka Fransaya qarşı keçirilən üçüncülük uğrunda matçın ən yaxşı futbolçu seçilib.
Apasport.az xəbər verir ki, 24 yaşlı hücumçu İngiltərənin 6:4 hesablı qələbə qazandığı görüşdə het-trikə imza atıb. O, vurduğu üç qolla komandasının qələbəsində həlledici rol oynayıb və qarşılaşmanın yekununda "Matçın ən yaxşı oyunçusu" mükafatına layiq görülüb.
Qeyd edək ki, İngiltərə bu qələbə sayəsində tarixində ilk dəfə dünya çempionatının bürünc medalını qazanıb.

https://qelebe.az//uploads/photo/saka-het-trik-etdi-matchin-en-yaxshisi-sechildi.webp