"Qarabağ"ın oyununu izləmək istəyənlərin diqqətinə

"Qarabağ"ın oyununu izləmək istəyənlərin diqqətinə

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – ÇSKA (Sofiya, Bolqarıstan) oyununun biletləri sabahdan satışa çıxarılıb.

QELEBE.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matçın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 manat təşkil edəcək.

VİP sektorlar üzrə biletlər 50, 75 və 100, VVİP sektorlar üçün isə 150 manat qiymətindədir.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn alış zamanı problem yaranacağı təqdirdə isə azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Bu görüş iyulun 23-də keçiriləcək və saat 20:00-da başlayacaq.