Kris Oulai “Fiorentina”da – 30 milyon avroluq transfer
İtaliyanın “Fiorentina” klubu “Trabzonspor”un yarımmüdafiəçisi Kris Oulaini heyətinə qatıb.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlunat yayıb.
Məlumata görə, futbolçu artıq rəsmi müqavilə imzalamaq üçün İtaliyaya gedib. Florensiya klubu bu keçid üçün “Trabzonspor”a 30 milyon avro təzminat ödəyəcək.
Müqaviləyə əsasən, oyunçunun gələcəkdə başqa kluba satışı zamanı “Trabzonspor” gəlirdən müəyyən pay da əldə edəcək.
Xatırladaq ki, 2025-ci ildə “Bastia”dan 5,5 milyon avroya transfer olunan Oulai 2026-cı il Dünya Kubokunda Fil Dişi Sahili milli komandasının heyətində yer almışdı.

https://qelebe.az//uploads/photo/kris-oulai-fiorentinada-30-milyon-avroluq-transfer.webp