Obameyanq İspaniya klubuna keçdi – 2 illik müqavilə
La Liqa təmsilçisi “Deportivo” hücum xəttini Pyer-Emerik Obameyanqla gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Klub 37 yaşlı qabonlu hücumçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.
“Deportivo” bu keçid üçün “Marsel”ə 1,5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Obameyanq ötən mövsüm çıxış etdiyi 41 matçda 14 qol vurub və 10 məhsuldar ötürmə edib.

https://qelebe.az//uploads/photo/obameyanq-ispaniya-klubuna-kechdi-2-illik-muqavile.webp