“Liverpul”dan qələbə, “Yunayted” darmadağın oldu
İngiltərə Premyer Liqasında VIII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, bu gün keçirilən qarşılaşmalarda maraqlı nəticələr qeydə alınıb.
“Mançester Yunayted” doğma meydanda “Bornmut”a 0:3 hesabı ilə məğlub olub.
“Liverpul”“Brayton”u qəbul edib. Mersisayd təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edərək üç xalı aktivinə yazdırıb.
“Nyukasl” səfərdə “Kristal Pelas” üzərində eyni hesablı qələbə qazanıb. “Hall Siti” və “Brentford”un qarşılaşmasında isə qalib müəyyənləşməyib – 1:1.

https://qelebe.az//uploads/photo/liverpuldan-qelebe-yunayted-darmadagin-oldu.webp