U-15 dünya çempionatı: Yığmamız Avstraliya ilə qarşılaşacaq
Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalında Azərbaycan millisi bu gün ikinci oyununa çıxacaq.
QELEBE.AZ xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi komanda Avstraliya yığması ilə üz-üzə gələcək.
Hövsan Yarış Kompleksində keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi turnirdəki ilk oyununda Şərqi Timoru 6:0, ikinci matçında isə Andorranı 1:0 hesabı ilə məğlub edib.

https://qelebe.az//uploads/photo/u-15-dunya-chempionati-yigmamiz-avstraliya-ile-qarshilashacaq.webp











